Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

göy1 [göy] isim

1. Yer üzünün üzərində mavi bir qübbə kimi görünən fəza, boşluq; yer üzünü əhatə edən kainat boşluğu; ənginlik, hava. □ Göydə ulduzlar sayrışır. Göyə şar buraxmaq.
2. Allahın, mələklərin, hurilərin və s. olduğu yer. □ Göyün yeddinci qatı.

göy2 [göy] sifət

1. Səma rəngi; mavi; bu rəngdə olan. □ Göy rəng. Göy parça.
2. Zərbə, bərk bir şeyə toxunma və s. nəticəsində bədənin hər hansı bir yerində əmələ gələn ləkə; qançır. □ Bədənində göy var.

göy3 [göy] sifət

1. Yaşıl. □ Göy meşə. Göy göz.
2. Yetişməmiş, dəyməmiş, kal. □ Göy meyvə.
3. İsim kimi: yeyilən və xörəyə işlənən otlar;göy, şəbzavat. □ İki dəstə göy.

göy4 [göy] sifət

Simic, xəsis. □ Göy adam.

göy5 [göy] isim

Kürəkən, ata üçün qızın əri.

Həmçinin bax:

frazeologizm: adını göylərə qaldırmaq frazeologizm: ahı göylərə çıxmaq (qalxmaq) frazeologizm: alt dodağı yer süpürür, üst dodağı göy frazeologizm: başı göyə dəymək frazeologizm: beynini göyə sovurmaq frazeologizm: bir parça əppək olub göyə çəkilmək frazeologizm: burnu göylə getmək frazeologizm: ələyi ələnib, xəlbiri göydə fırlanır frazeologizm: əlinə göydən düşmək frazeologizm: əppək olub göyə çəkilmək frazeologizm: fələk göydən yerə ensə də frazeologizm: fikri göylərdə olmaq frazeologizm: göy ilə yer qədər frazeologizm: göy üzünü tutmaq frazeologizm: göydə axtarırdım, yerdə əlimə düşdü frazeologizm: göydə getmək frazeologizm: göydə tutmaq (almaq) frazeologizm: göydən düşmək frazeologizm: göydən od yağmaq frazeologizm: göydən yerə enmək frazeologizm: göydən zənbillə (səbətlə) düşüb frazeologizm: göyə baş çəkmək frazeologizm: göyə çəkilmək (çıxmaq) frazeologizm: göyə çıxmaq frazeologizm: göyə sovrulmaq frazeologizm: göyə sovurmaq frazeologizm: göylə getmək frazeologizm: göylərə qaldırmaq (ucaltmaq) frazeologizm: göyün yeddinci qatı frazeologizm: göyün yeddinci qatında olmaq frazeologizm: gününü göy əsgiyə bükmək frazeologizm: xəyalı göylərdə olmaq frazeologizm: kəbinləri göydə kəsilmək frazeologizm: küllüyü göyə sovrulmuş frazeologizm: külünü göyə sovurmaq frazeologizm: od yeyib göyə üfürmək frazeologizm: papağını göyə atmaq frazeologizm: sözü göydə tutmaq frazeologizm: tozunu göyə sovurmaq frazeologizm: tut ucundan, göyə çıx frazeologizm: unu ələnib, xəlbiri göydə fırlanır frazeologizm: üst dodağı göy süpürür, alt dodağı yer frazeologizm: yağlı əppək olub göyə çıxmaq frazeologizm: yerdən göyəcən razı qalmaq jurnalistika: göy ekran jurnalistika: göy ölüm ekranı coğrafiya: göy ekvatoru coğrafiya: göy gurultusu Azərbaycan dilinin izahlı lüğəti