Bax: gopamaq.
1. Döymək, vurmaq, çəkmək, ilişdirmək. □ O qədər goparam cəmdəyinə, şişib dama dönərsən. (N.Vəzirov). 2. Mübaliğə ilə danışmaq, şişirdərək, artıraraq söyləmək. □ Bütün günü gopadı.
Bax: gopçu.
Bir şeyi həddən artıq şişirdərək danışmağa, özü, öz işləri haqqında mübaliğə ilə danışmağa adət etmiş adam. □ Gopçu insanlar heç kim tərəfindən sevilməz.
Bax: gopçuluq.
1. Mübaliğə ilə danışmaq xasiyyəti, bir şeyi şişirtmə, mübaliğə etmə. □ Gopçuluq yaraşmır heç igidlərə. (Z.Xəlil). 2. Yalançılıq, uydurmaçılıq. □ Gopçuluq onun adətidir.
Bax: goplamaq.
1. Mübaliğə ilə danışmaq, şişirdərək, artıraraq söyləmək. □ Mən gedirəm, bilirəm də oğluna iki yüz min pis şeylər mənim haqqımda məndən goplayacaqsan. (N.Vəzirov). 2. Yalan danışmaq, uydurmaq.
Bax: goppuldamaq.
Goppultu ilə düşmək, goppultu səsi çıxartmaq.
Bax: goppuldatmaq.
Goppultu ilə salmaq, goppultu səsi çıxarmaq.
Qəbir, məzar. □ Yox, verə bilmərəm, atamın goruna and içmişəm ki, heç kəsə nisyə verməyəm. (Ü.Hacıbəyov).
Həmçinin bax:
Ölmüş adam haqqında söyüş məqamında işlənir. □ Gorbagor olmuş.
Birağızlı, əyri qılınc; yatağan. □ Gorda ilə vurmaq.