1. Klassik ədəbiyyatda ağlayan, sızlayan, ağlağan, ağlar mənalarında işlənmişdir. □ Qan yaşım qılmaz vəfa, giryan gözüm israfına; Bunca kim, hərdəm cigər qanından imdad eylərəm. (M. Füzuli).
2. Zərf kimi: klassik ədəbiyyatda ağlayan, sızlayan, ağlar mənalarında işlənmişdir. □ Giryan halda yaşamaq.
1. Yorğunluqdan, ağrıdan, soyuqdan sancmaq, göynəmək. □ O əyilib şırranda əllərini yudu, barmaqları donub gizildəyincə qalxıb o tərəf-bu tərəfə boylandı. (S.Rəhimov).
2. Məcazi mənada: Titrəmək, qorxu keçirmək, həyəcanlanmaq. □ Bədəni gizildəmək.