1. Daxil olmaq, içəriyə keçmək. □ Otağa girmək. Qapıdan girmək.
2. Sığmaq, yerləşmək. □ Əlim əlcəyə girmir.
3. Çatmaq, yetişmək, daxil olmaq. □ Maşınla həyətə girmək. Qrupa girmək. Facebooka girmək.
4. Başlamaq, başlanmaq, gəlmək, daxil olmaq. □ Yaz girdi. Qış girdi.
5. Bir yerdə gizlənmək, bir şeylə örtünmək. □ Süzülən nurunu toplayıb qəmər; Girdi buludlara, qaraldı göylər. (M.Rahim).
6. Daxil olmaq. □ Doktoranturaya girmək.
7. Batmaq, keçmək. □ Əlinə mismar girdi.
8. Məcazi mənada: girişmək, başlamaq.
9. Məcazi mənada: bir şeylə örtünmək.
10. Yuyunmaq, çimmək üçün bir şeyin içinə, ya bir yerə daxil olmaq. □ Suya girmək. Dənizə girmək.
11. Soxulmaq. □ Adamların içinə girmək.
12. Dolmaq (adətən “yaşa, yaşına” sözü ilə). □ 30 yaşa girmək.
13. Pul, çəki və s. haqq-hesabında aldatmaq.
Həmçinin bax:
1. Borc alınan pul və s. müqabilində təminat üçün verilən şey. □ Əşyalarə girov qoymaq.
2. Bir dövlət və ya təşkilatın öhdəsinə götürmüş olduğu iltizam və ya tələblərin yerinə yetirilməsini təmin etmək məqsədilə zorla tutulub saxlanılan adamı. □ Girov düşən əskərlər.
Azərbaycan dilinin izahlı lüğəti1. Çəkisi girvənkə ağırlığında olan. □ Girvənkəlik daş.
2. Çəkilən, ölçülən şeyin ağırlığını, həcminin, tutumunun neçə girvənkəyə bərabər olduğunu bildirir. □ İki girvənkəlik bürünc bir daşı vardı. (S.Hüseyn).
3. İsim kimi: girvənkə ağırlığında daş. □ Girvənkəliyi tərəziyə qoymaq.