1. Yerimək, dolaşmaq. □ Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər. (Mir Cəlal).
2. Ümumiyyətlə, hərəkət etmək, hərəkətdə olmaq. □ Yenə açılmağa az qalıb səhər; Gəzir buludları keşik çəkənlər. (M.Rahim).
3. Var-gəl etmək, o baş-bu başa gedib- gəlmək; gəzişmək, gəzinmək. □ Həyətdə gəzmək. Dəhlizdə gəzmək.
4. Səyahət etmək, hər yeri dolaşmaq. □ Türkiyəni gəzmək.
5. Gəzərək baxmaq, gəzə-gəzə tamaşa etmək. □ Muzeyi gəzmək.
6. Bir şeyi axtarmaq, hər yerə baxmaq; axtarış aparmaq, axtarmaq. □ Kitabların arasını gəzmək. Polislər onu gəzir.
7. Bir yerdən başqa yerə köçmək, çox yerə baş vurmaq. □ Kəndbəkənd gəzmək.
8. Məcazi mənada: görüşmək, dostluq etmək, vaxt keçirmək, ünsiyyət bağlamaq. □ Oğlan qonşu qızı ilə gəzir.
9. Məcazi mənada: cinsi yaxınlıqda olmaq. □ Çox qızla gəzmək.
10. Məcazi mənada: vaxtını kefdə, əyləncədə, əyyaşlıqda keçirmək. □ O gedib gəzəcək, mən sənin üçün evdə qalıb qulluqçuluq edəcəyəm? (T.Ş.Simurq).
11. Keçmək, ötmək. □ Ay gəzər, il dolanar, şənbə düşər Novruza. (Atalar sözü).
12. Zahir olmaq, bir şeyin əlaməti görünmək, aşkar olmaq, özünü büruzə vermək. □ Dodağında təbəssüm gəzirdi.
13. Bir sıra isimlərə qoşularaq, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir. □ Dillərdə gəzmək, əldə gəzmək.
Həmçinin bax:
1. Axmaq, səfeh, ağıldan kəm, sarsaq. □ Qurbani der: bəsdir məni puç etdin; Aldın əqlim əldən, dəli, gic etdin. (Qurbani).
2. Məcazi mənada: yersiz, mənasız, qeyri-adi. □ Mehribanı gic bir gülmək tutdu. (S.Hüseyn).
Həmçinin bax: