Bir şeyi əlinə götürərək, yaxud dalına yükləyərək olduğu yerdən başqa yerə köçürtmək, çatdırmaq. □ Kitabları gətizdirmək.
Bax: gəvələmək.
Könülsüz, iştahasız, ağzından tökülə-tökülə yemək; çeynəmək. □ Əlində iri bir alma tutaraq gəvələyir və gözlərini süzərək Nəcəfə baxırdı. (Q.İlkin).
Botanika. Quraqlıq yerlərdə bitən, alçaqboylu, kitrəli, çox vaxt tikancıqlı yarpaqları zəif inkişaf etmiş ot və ya kol bitkisi. □ Gəvəni ancaq dəvə yeyər.
Bax: gəvənnəşmək.
Sallanmaq, aşağı əyilmək.
Raxit xəstəliyinin xalq arasında işlənən adı.
1. Çoxdanışan, lağlağı, boşboğaz, yanşaq, naqqal. □ Nə pisdi, bu səsə qatıb səsini; Gəvəzə qarğalar tərif yazsalar. (M.Araz). 2. Sifət kimi: çoxdanışan. □ Gəvəzə adam.
Bax: gəvəzələmək.
Çox danışmaq, naqqallıq etmək, yanşaqlıq etmək, boşboğazlıq etmək. □ Bu gün çox gəvəzələdin.
Naqqallıq, yanşaqlıq, lağlağılıq, boşboğazlıq, çox danışma xasiyyəti. □ Zeynalın gəvəzəliyi bitməyirdi. (A.Şaiq).
1. Dialekt. Yarıqaranlıq, tam aydın, işıq olmayan. □ Gəyan gecə. 2. İkirəng, iki rəngdə olan. □ Gəyan at.
Mədədə əmələ gələn qazların, bəzən də mədədəki qidanın hissəcikləri ilə bilikdə ağızdan çıxması; gəyirti, gəyirik.
1. Bax: gəyirmək. 2. Mədədə əmələ gələn qazların, hissəcikləri ilə birlikdə ağızdan çıxması; gəyirti, gəyirik.
Mədədə əmələ gələn qazları, bəzən də qidanın hissəciklərini ağıza qaytarmaq. □ Səttar kişi şirin çayı içib stəkanı nəlbəkiyə qoyanda gəyirdi. (Ə.Əbülhəsən).