1. Getdikcə gənc olmaq, cavanlaşmaq. □ Gəncləşmək əlində deyildi. Onu təbiət qocaltmışdı. (S.Hüseyn).
2. Məcazi mənada: özünü gənc kimi hiss etmək, qıvraqlaşmaq. □ Mən indi gəncləşmiş kimiyəm.
3. Məcazi mənada: tərəqqi etmək, inkişaf etmək, yeniləşmək. □ Torpaq gəncləşir.
1. İnsan həyatının yeniyetməlikdən yetkinliyə qədər olan dövrü, gənc yaşlar, cavanlıq. □ Gənclik arzuların uçuş nöqtəsi.. (B.Vahabzadə).
2. Yetişməkdə olan nəsil, gənc nəsil; cavanlar. □ Dünyanın demokratik gəncliyi.
3. Həyatın bu dövrünə xas olan, aid olan. □ Gənclik vüqarı. Gənclik qüruru.
Həmçinin bax: