1. Daha geniş olmaq, genəlmək, böyümək. □ Göz bəbəkləri ixtiyarsız olaraq genişləndi.(H.Seyidbəyli).
2. Məcazi mənada: artmaq, daha geniş meydan almaq, ətrafa yayılmaq. □ Üfüqdə başlanan işıq getdikcə genişlənirdi. (S.Rəhimov).
3. Məcazi mənada: daha kütləvi bir şəkil almaq, geniş kütlə arasında yayılmaq. □ İxtiraçılıq işi genişlənib.
1. Geniş şeyin halı, geniş olma. □ Meydanın genişliyi. Otağın genişliyi.
2. Açıqlıq, düz yer. □ Küçə genişliyə çıxır.
3. Məcazi mənada: azadlıq, sərbəstlik. □ Baxıram üfüqün genişliyinə; Soyuq baxışları unutmaq üçün. (B.Vahabzadə).
4. Məcazi mənada: açıqlıq, geniş fəza mənasında. □ Tərlan genişlik sevər; göylərdir onun yeri. (R.Taz).
5. Məcazi mənada: hərtərəflilik, dərinlik. □ Məlumatın genişliyi.