1. Dəhşətli, ağır nəticəli hadisə, fəlakət, müsibət, bədbəxtlik. □ Alkoqolizm faciə ilə nəticələnir.
2. Ədəbiyyatşünaslıq. Həyatdakı barışmaz ziddiyyətlərdən, xarakterlərin, ehtirasların kəskin toqquşmasından və çox vaxt qəhrəmanın ölümü ilə nəticələnən əhvalatlardan bəhs edən dramatik əsər; tragediya. □ “Nadir şah” faciəsində N.Nərimanov feodalizm quruluşunda saray intriqalarının ən dəhşətli səhnələrini təsvir edir. (M.Arif).
1. Aciz, yazıq, məzlum; dinc, sakit. □ Fağır kişi.
2. İsim kimi: aciz, yazıq, məzlum; dinc, sakit. □ ..Ə, bu fağırı niyə qəhr edirsən? (“Qaçaq Nəbi”).
3. Kasıb, yoxsul, tavanasız, miskin. □ Fağır adam.
4. İsim kimi: kasıb, yoxsul, tavanasız, miskin adam. □ Fağıra kömək etmək.
1. Hər hansı ədədin tam (vahid) kimi götürülən yüzdə biri (% işarəsi ilə göstərilir). □ Sadə faiz düsturu.
2. Kapitalın hər yüz manatından əldə edilən gəlir.
3. Borc verilən puldan istifadə etdiyi üçün borcludan (kreditordan) alınan haqq. □ Hacı Kərim hər zaman alış-verişini nağd elər, faizini də verəcəyi puldan çıxardı. (S.Hüseyn).
4. Dövriyyədən, gəlirdən asılı olaraq hesablanan muzd. □ Faiz dərəcəsinin həddi.
5. Məhsulun kəmiyyətinə görə faiz almaq.