Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

fayl-server [fayl-server] isim ingilis

Jurnalistika. Böyük həcm­də informasiyanın toplanması və ­sax­­­­lanmasını təmin edən server.

Azərbaycan dilinin izahlı lüğəti

feyk [feyk'] isim ingilis

Jurnalistika. Gerçək olmayan, lakin həqiqətə oxşayan saxta məlumat, ­imitasiya.

Azərbaycan dilinin izahlı lüğəti

fiçer [fiçer] isim ingilis

1. Jurnalistika. Bir şeyin fərqləndirici xüsusiyyəti, ən mü­hüm detalı.

2. Jurnalistika. Sifətin ən nəzərə­çar­pacaq detalı; ekranda görünən, yaxud yazıda təsvir edilən və insanın xarici görü­nüşü, bəzən hətta xarakteri haqqında təsəvvür yaradan cizgisi.

3. Jurnalistika. Konkret mövzuda ət­raflı təsvirdən ibarət qəzet-jurnal mə­qa­ləsi, te­leviziya verilişi, yaxud onun hissəsi.

4. Jurnalistika. Adə­tən, 90 dəqiqə və daha artıq davam edən tammetrajlı film.

Azərbaycan dilinin izahlı lüğəti

fiqurant [fiqurant] isim fransız/latın

1. Jurnalistika. Televiziya veri­liş­lərində (şoularda) auditoriya qis­min­də studiyada əyləşdirilən adamlardan hər biri.

2. Jurnalistika. Kütləvi səhnələrin işti­rakçısı, görü­nən, lakin danışmayan şəxs.

3. Jurnalistika. Epi­zodik rol­da oynayan, amma sözü olmayan aktyor.

Azərbaycan dilinin izahlı lüğəti

filmoqrafiya [filmoqrafiya] isim ingilis/yunan

1. Jurnalistika. Filmlərin hər hansı meyar əsasında tərtib olunmuş siyahısı.

2. Jurnalistika. Filmlərin siyahıya alınması me­yarlarını, üsullarını və prinsiplərini öy­rənən elm sa­həsi.

Azərbaycan dilinin izahlı lüğəti

fişinq [fişink'] isim ingilis

Jurnalistika. İstifa­də­çinin «informasiya qarmağı»na keçiri­lə­rək aldadılması.

Azərbaycan dilinin izahlı lüğəti

fitçalan [fitçalan] isim

Jurnalistika. Dövlət və ictimai xidmət orqan­larında baş verən və gizli saxlanılan qanun pozuntuları, haqsızlıqlar barədə həmin qu­rumların daxilindən mediaya informasiya ötürən şəxs.

Azərbaycan dilinin izahlı lüğəti

fləş-xəbər [fləş-xəbər] isim ingilis

Jurnalistika. Hər hansı əhəmiyyətli hadisə barədə və ya jur­nalistin həmin hadisə yerindən göndərdiyi təcili, qısa xəbər.

Azərbaycan dilinin izahlı lüğəti

fləş-kart [fləş-k'art] isim ingilis/fransız

Jurnalistika. Rəqəmsal infor­ma­siyanın yazılması və saxlanması üçün elektron yaddaş qurğusu.

Azərbaycan dilinin izahlı lüğəti

fləşmob [fləşmob] isim ingilis

Jurnalistika. Bir qrup insanın göz­lənilmədən ictimai yerdə toplaşaraq qısa müddət ər­zində həyata keçirdiyi və cəld dağılışdığı qeyri-adi aksiya.

Azərbaycan dilinin izahlı lüğəti

FM [ef-em] abreviatura ingilis

Jurnalistika. İnformasiya siqnalını daşıyan dalğanın rəqs amplitudasının sabitləş­di­rildiyi yüksəktutumlu tezlik modulya­siyası.

Azərbaycan dilinin izahlı lüğəti

formatlama [farmatdama] isim fransız/latın

1. Jurnalistika. Mətnin çapa ve­rilmək, sayta çıxarılmaq üçün hazır ölçüyə və şəklə salınması.

2. Jurnalistika. Elektron daşıyıcının, məsələn, kompüter diskinin ünvanlı ele­mentlərə – sektorlara, cığırlara bölünməsi və onların işarələnməsi.

Azərbaycan dilinin izahlı lüğəti

fotojurnalistika [fotojurnalistika] isim yunan/latın

Jurnalistika. Ha­di­səni, faktı oxucu (tamaşaçı) audi­to­riyasına görüntülər (fotoşəkillər) vasitəsilə çat­dı­ran xəbərləmə forması, jur­na­lis­ti­kanın bir sahəsi.

Həmçinin bax:

jurnalistika: fotojurnalistika janrları Azərbaycan dilinin izahlı lüğəti

fotoxəbər [fotoxəbər] isim yunan 

1. Jurnalistika. İctimai əhəmiyyətli fakt, hadisə barədə məlumatı oxucu (tamaşaçı) auditoriyasına fotoşəkil vasitəsilə çatdıran jurnalist materialı.

2. Jurnalistika. Fotojurnalistika janrlarından biri.

Azərbaycan dilinin izahlı lüğəti