1. Rəsmi, qanuni formaya uyğun olan. □ Formal sübut. Formal təsir.
2. Yalnız forma (zahir) üçün olan, işin həqiqi vəziyyəti ilə hesablaşmayan, rəsmiyyətçilik xatirinə olan. □ Canlı iş olduğu üçün buna qətiyyən formal yanaşmaq olmaz.
3. Dilçilik. Formaya aid olan. □ Sözün formal mənası.
1. Hər hansı bir qurğu, mexanizm və s. haqqında əsas məlumatlar yazılan, onun işlənməsi, xarab olması, təmiri və s. müntəzəm surətdə qeyd olunan xüsusi dəftər və ya blank. □ Təyyarənin formulyarı.
2. Kitabxanaçılıq. Kitabxana kitablarının içinə qoyulan, habelə oxucuların onlardan istifadə etməsi haqqında orada qeydlər edilən uçot kartoçkası. □ Kitabın formulyarı.
3. Kitabxanaçılıq. Hər bir kitabxana oxucusu üçün doldurulan və ona verilən kitabların qeyd olunduğu kiçik dəftərçə. □ Oxucunun formulyarı.