1. Fizika. Sınmış və ya əks etmiş şüaların kəsişdiyi nöqtə. □ Hər optik sistemin iki fokusu olur.
2. Fotoqrafiya. Fotoda şəkli çəkilən obyektin aydın əksinin alındığı nöqtə.
3. Riyaziyyat. Əyri xətt üzərindəki xəyali nöqtəyə nisbətən xüsusi xassəyə malik olan sabit nöqtə. □ Ellipsin fokusu.
4. Məcazi mənada: bir şeyin toplandığı yer; mərkəz, əsas mərkəz.
1. İncəsənət. Xüsusi cihaz və ya hərəkətlərin köməyi ilə tamaşaçıların gözünü yayındıraraq müxtəlif fokuslar (nömrələr) göstərən sirk artisti. □ Teatrda pərdə açılmayınca mən bu əqidədə idim ki, fokus göstərəcəklər. (Ə.Haqverdiyev).
2. Məcazi mənada: hoqqa, hoqqabazlıq, oyunbazlıq. □ Fokus çıxarmaq.