1. Bir-birinə kiplənmiş dodaqların və ya dişlərin arasından güclü nəfəsvermə, yaxud fıştırıq və s. vasitəsilə çıxarılan kəskin zil səs. □ ..Vədə olunmuş fit səsi Gülsümün qulağına gəldi. (Ə.Haqverdiyev).
2. Bu cür səs çıxarmaq üçün alət; fıştırıq.
3. Mexaniki fıştırıqla çıxarılan sürəkli zil səs; siqnal. □ Gəminin fiti.
4. Bəzi quş və heyvanların çıxardığı eyni tembrli və tonlu səs; fışqırıq.
5. Vıyıltı, uğultu.
Həmçinin bax:
1. Hamamda çimərkən və ya bir iş görərkən belə bağlanılan qumaş parça (əsasən qırmızı rəngdə olur). □ Camadar ustaya yanaşıb, onun quru fitəsini bucaqda dəyişib ona köhnə və yaş bir fitə verdi.(Y.V.Çəmənzəminli).
2. Bəzi Şərq ölkələrində şalvar əvəzinə belə bağlanan qumaş parçası. □ Efiopiya kəndlisinin fitəsi.
1. Bəzi işıqlandırıcı və qızdırıcı cihazlarda (pilətə, lampa, şam və s.) yanan lent, ip, qaytan. □ Lampa fitili.
2. Bir şeyi alışdırmaq, partlayış əmələ gətirmək üçün alışqan qaytan. □ Daldan gəlir top, topxana, qumbara; Fitilləri tüstüləyir havadə. (A.Səhhət).
3. Tibb. Qanaxmanı dayandırmaq və ya çirki sorub çəkmək üçün yaranın içinə, yaxud boşluğa qoyulan mikrobsuzlaşdırılmış tənzif (cuna) parçası; tampon. □ Yaraya fitil qoymaq.
Həmçinin bax:
1. Fit çalmaq, fit vermək; fitlə bildirmək, ya çağırmaq. □ Qoyunları aparmaq üçün fitləmək.
2. Fit çalmaqla öz nifrətini, narazılığını, hiddətini bildirmək; fitləmək.
3. Məcazi mənada: təhrik etmək, sövq etmək, qızışdırmaq.
Həmçinin bax:
1. Qarışıqlıq, ara pozma, ara qarışdırma; adamları, camaatı və s. bir-birilə vuruşdurmaq, aralarını pozmaq üçün gizlicə hazırlanan qəsd, xəyanət, fitnə-fəsad; provokasiya. □ ..Əgər onun fitnəsi olmasaydı, bibim nə müridlərin meyxanasına gedərdi, nə də başına bu iş gələrdi. (İ.Şıxlı).
2. Fitnəçi. □ Fitnə adamdır.
3. Məcazi mənada: qurğu, tələ, hiylə. □ Səba xanım bütün macəra və fitnəni öz şəxsində mərkəzləşdirdiyinə baxmayaraq, onun zahiri gözəlliyi təbiətin möcüzələrindən idi. (M.S.Ordubadi).
Həmçinin bax:
1. Fitnə törədən, araqarışdıran, fitnə-fəsad salan, adamları bir-birilə vuruşduran, onların arasına təfriqə salan; provokator.
2. Məcazi mənada: fitnə törədən, araqarışdıran, fitnə-fəsad salan, adamları bir-birilə vuruşduran, onların arasına təfriqə salan. □ ..başı üstündən aynanı götürüb, fitnəçi gözlərini aynaya açıb baxırdı. (M.S.Ordubadi).