1. Arxaizm. Bir sinfin, siyasi təşkilat şəklində birləşmiş, öz sinfi mənafeyini ifadə və başqa siniflərlə mübarizəsinə rəhbərlik edən hissəsi. □ Qəza firqə özəyinin qapısında dayanan keşikçilər Kəsəmənlini görən kimi gülümsünüb ona yol verdilər. (İ.Şıxlı).
2. Arxaizm. Camaat, tayfa. □ Qalıbdır firqeyi-islam dalda cümlə millətdən; Əhatə eyləyiblər başqalar elm ilə dünyanı. (S.Ə.Şirvani).
3. Arxaizm. Zümrə, ictimai təbəqə. □ Gələcəkdəki məqaləmizdə Qasım bəy Zakirin rəiyyət tayfasına cövr və sitəm edən şair firqələrin barəsində yazdığı şeirlərdən danışıb əsil mətləbə keçəcəyik. (F.Köçərli).