1. Fəlsəfə mütəxəssisi, ümumiyyətlə, fəlsəfə ilə məşğul olan, dünyagörüşü məsələlərini tədqiq edən alim, mütəfəkkir. □ Görkəmli Azərbaycan filosofu Bəhmənyar. Şair Füzuli həm də filosofdur.
2. Məcazi mənada: həyata, hadisələrə ağılla, düşüncə ilə, mühakimə ilə yanaşan, həyatda qarşıya çıxan çətinliklərə, iztirablara soyuqqanlılıqla dözən adam.
1. Filosof kimi; dərin fikrə dalmış kimi görünən. □ Həyata filosofanə baxmaq.
2. Fəlsəfəyə aid olan, fəlsəfə ilə əlaqədar olan.
3. Dərin bir ideyanı, dünyagörüşünü, konsepsiyanı ifadə edən; hikmətamiz, hikmətli. □ ..Bütün şad və məsrur dəqiqələrimi sizi xatırlamaq və sizin filosofanə əsərlərinizi oxumaqla keçirmişəm. (M.S.Ordubadi).
Dilçilik. Fin-uqor dilləri – başlıca olaraq Mərkəzi və Şərqi Avropada və Asiyanın şimal-qərbində yaşayan xalqların (macarların, finlərin, karellərin, estonların, xantların, mansilərin, saamların, komilərin və bəzi başqa xalqların) danışdığı dil qrupu; uqor-fin dilləri. □ Fin-uqor dilləri Ural dillərinin iki qolundan biridir.
Azərbaycan dilinin izahlı lüğəti