1. Həşəratın təsirindən və s. səbəblərdən bitkilərin müxtəlif yerlərində əmələ gələn şiş; donqar. □ Tut ağacının fırı.
2. İkigüvənli dəvənin güvənlərindən hər biri, hörgücü. □ Dəvənin fırı.
3. Məcazi mənada: gərəksiz, lazımsız, heç bir işə yaramayan şey haqqında. □ ..Həyatın bir üzvündən baş vermiş çirkin bir fıram, kəsib atılmaqdan başqa bir çarəm yoxdur! (Y.V.Çəmənzəminli).
Həmçinin bax:
1. Rəng çəkmək, yapışqan sürtmək və s. üçün dəstəyə bərkidilmiş tük, qıl və. s. topasından ibarət alət. □ Rəngsaz fırçası. Fırça ilə kağıza yapışqan sürtmək.
2. Üz qırxanda sabun sürtmək üçün kiçik şotka. □ Sübhanverdizadə camı bir əlinə götürüb, ayna qabağına yeridi və fırça ilə üzünü sabunlayıb suvadı. (S.Rəhimov).