1. Fərq qoymadan, ayırmadan, laqeyd.
2. Zərf kimi: fərq qoymadan, ayırmadan, laqeyd.
3. Fərqsizdir şəklində – fərqi yoxdur, təfavütü yoxdur, əhəmiyyəti yoxdur, birdir. □ Biz təhsilin, günəşin qapılarını insan yavrularına fərq qoymadan açdıq. Onlar onsuz da fərqsizdirlər. (M.Müşfiq).
1. Münasib, abırlı, layiqli, yaxşı, əməlli-başlı, yararlı. □ Fərli ev. Fərli həyət.
2. Bacarıqlı, qabiliyyətli, yaxşı, ağıllı-başlı, təpərli. □ Fərli oğul neylər ata malını? (Atalar sözü). Dağda yol-iz yaxşıdır; Hər yan nərgiz yaxşıdır; Yeddi fərsiz oğuldan; Bir fərli qız yaxşıdır. (Bayatı).
1. Ali hakimiyyət orqanının qanun qüvvəsində olan sərəncamı, qərarı. □ Azərbaycan Respublikası Prezidentinin fərmanı.
2. Arxaizm. Hökmdarın, padşahın yazılı əmri. □ O aralıq Kərim xan fərman göndərib, Mehralı bəyi Qarabağ xanı təyin etmişdi. (Y.V.Çəmənzəminli).