Coğrafiya. Torpaq eroziyasının başvermə səbəbləri və inkişaf qanunauyğunluqlarını araşdıran, eroziyaya uğramış və eroziya təhlükəsi olan torpaqları, onların bərpa metodlarını, habelə eroziyadan mühafizə üsullarını öyrənən elm sahəsi.
Azərbaycan dilinin izahlı lüğətiÖlümə yardımçı olmaq; çox ağır olan, ümidsiz, sağalmaz dərdə tutulmuş xəstənin özünün və ya onun qohumlarının razılığı ilə həmin şəxsin ölməsinə tibbi üsulla kömək etmək. □ "Evtanaziya" termini ilk dəfə XVII yüzillikdə F.Beykon tərəfindən "yüngül ölüm" mənasında işlədilib.
Azərbaycan dilinin izahlı lüğətiyun. ephemeros – birgünlük, ömrü az
1. Səhra, yarımsəhra, bozqır və düzən sahələrin ekoloji şəraitinə uyğunlaşmış, vegetasiya dövrü qısa olan birillik bitkilər qrupu. □ Efemer bitkilər qrupu.
2. məc. Ciddi əsası olmayan, üzdən gedən, kökü olmayan. □ Efemer yanaşma.
Azərbaycan dilinin izahlı lüğəti