Asbest və sement qarışığından hazırlanan süni şifer. □ Eternit və yaxud asbest ilə sementdən hazırlanmış kirəmit .. xüsusi zavodlarda presləmək üsulu ilə nazik vərəqələr (4 mm) halında hazırlanır ki, bunlar damları örtmək üçün işlədilir. (S.Quliyev).
Azərbaycan dilinin izahlı lüğəti1. Bir şəxsin ixlasına, sədaqətinə, səmimiyyətinə, doğruluğuna, düzgünlüyünə inam, vəfa, etimad, əmniyyət və bunlara əsaslanan münasibət. □ Dünya malına etibar yoxdur. (Atalar sözü). Sağ gözün sol gözə etibarı yoxdur. (Atalar sözü).
2. Klassik ədəbiyyatda ad, san, şərəf, hörmət, nüfuz mənalarında işlənmişdir. □ Getdi şənimiz, etibarımız; Varmı rütbəmiz, iqtidarımız. (M.Ə.Sabir).
3. Klassik ədəbiyyatda əhəmiyyət, məna kimi mənalarda işlənmişdir. □ Görmüşəm ləlini, lazımdı tökülsün qanım; Etibar olmaz əgərçi görələr qan yuxuda. (S.Ə.Şirvani).
4. “ilə” qoşması ilə – fərz edərək, ...nəzərə alaraq, ...əsasən, ...görə, ...kimi. □ Delfinlər quruluş və düşüncə etibarı ilə digər canlılardan fərqlənir, onlara göstərilən qayğını yadda saxlayır ve münasibət bildirir.
Həmçinin bax:
1. Etibar edilməyə layiq olan, etibarı olan, inanılacaq, etimad ediləcək, sədaqətli, vəfalı, şübhə doğurmayan, həqiqi, dürüst. □ Etibarlı mənbə.
2. Etibarı olan, hörmətli, nüfuzlu, adlısanlı. □ Etibarlı adam.
3. Qanunən qüvvəsi, təsiri olan. □ Etibarlı sənəd.
4. Möhkəm, davamlı, bərk. □ Bu divar etibarlıdır.
Həmçinin bax:
1. Sədaqətlilik, səmimilik, doğruluq, düzgünlük, inamlılıq. □ Etibarlılığı şübhə doğuran mənbə.
2. Möhkəmlik, davamlılıq. □ Kontakt birləşmələri elektrik aparatlarının çox məsul hissələri sayılır və aparatların işdə etibarlılığı onların konstruksiya və vəziyyətlərindən xeyli dərəcədə asılıdır. (P.Rüstəmzadə).
1. Etibarı olmayan. □ Etibarsız yoldaş. Etibarsız dost.
2. Etibara, inanılmağa layiq olmayan; etibarını itirmiş.
3. Sözü keçməyən, nüfuzu, hörməti olayan; şərəf və heysiyyəti olmayan. □ Etibarsız adam.
4. Qanuni qüvvəsini, təsirini itirmiş, etibarını itirmiş. □ Bu vəsiqə etibarsızdır.
5. Möhkəm olmayan, davamlı olmayan.
1. Mötədillik, mülayimlik, orta halda olma; tam lazım olduğu dərəcədə, həddə olma. □ Əxlaq alimləri arasında belə bir qayda var ki, etidal, yəni orta hədd gözlənilməlidir.
2. Soyuqqanlılıq, sakitlik, təmkin. □ Etidalını pozmadan oturub çocuqlarına paltar tikirdi. (S.Hüseyn).