1. Torpaq, kül kimi toz halında olan şeyləri bir şeylə ehmallı qazımaq, qarışdırmaq. □ Qazan xan tonqalın kənarında oturub gözünü bir nöqtəyə zilləmiş, əlindəki çubuqla külü eşələyir. (M.Rzaquluzadə).
2. Axtarmaq, araşdırmaq, əlləşdirmək, töküb-töküşdürmək, dağıtmaq. □ Rüstəm bəy kitabları eşələyib bir əsər çıxardı: – Bax, bunu hər bir qadın oxumalıdır! – deyə bir kitab verdi. (Y.V.Çəmənzəminli).
Həmçinin bax:
1. Ayaqları ilə torpağı qurdalayaraq, qazaraq özünə yem aramaq. □ Toyuğu bir xalvar buğdanın içinə salsan, yenə də eşələnməyindən qalmaz. (Atalar sözü).
2. Yerində qurdalanmaq, o üz-bu üzə çevrilmək. □ Tapdıq yerinin içində eşələndi və gözünü açdı. (Ə.Vəliyev).
1. Qulaq vasitəsilə qavranılmaq, qulaqla duyulmaq, qulağa çatmaq (səs haqqında). □ Azərbaycanın Ağdam rayonunun işğal altında olan ərazilərində ara-sıra partlayış səsləri eşidilir.
2. Xəbər çatmaq, xəbər alınmaq. □ Bu gün təzə bir xəbər eşidildi.
3. Dinlənilmək, qulaq asılmaq, qəbul edilmək, nəzərə alınmaq (çox vaxt inkar şəklində). □ Onun bu arzusu kimsə tərəfindən eşidilmədi.
Həmçinin bax:
1. Bayır, dışarı, çöl. □ Qızı saldın beşiyə, çək cehizi eşiyə. (Atalar sözü).
2. Bayır tərəfə baxan, çıxan, eşiyə tərəf olan. □ Eşik qapı dəhlizə açılırdı.
3. Bir şeyin bayır hissəsi, çöl tərəfi. □ Qazanın eşiyini də, içini də ağartdırmaq.
4. Ev, ailə, mülk və s.; ümumiyyətlə, evlə bağlı hər şey.
Gözəllik babında şahicahansan; Eşiyində yüz min qullar dolanır. (M.P.Vaqif).
1. Tarix. Şah saraylarında təşrifat məmuru. □ İbrahim xan şairin istedadına şəxsən inanıb, onu özünə yaxınlaşdırdı və 1769-cu ildə eşikağası vəzifəsinə təyin etdi. (F.Köçərli).
2. Arxaizm. Keçmişdə böyük adamların evində süfrəni və ev xidmətçilərini idarə edən şəxs; nökərbaşı. □ Bu adam rəisin eşikağası idi. (Mir Cəlal).
1. Eşik-eşik edilmək, qazılmaq, qazıq-qazıq edilmək. □ Meşələr kökündən eşilir, qocaman palıd ağacları hərləməsinə qazılır, kökündən və damarlarından kəsilir, gurultu ilə yerə gəlirdi.. (S.Rəhimov).
2. Burum-burum edilmək, burulmaq. □ İp eşilmək.
Azərbaycan dilinin izahlı lüğəti