Bax: ensizləşdirmək.
Ensiz hala salmaq, eninə azaltmaq, darlaşdırmaq.
Bax: ensizləşmək.
Getdikcə daralmaq, ensiz olmaq. □ Yol getdikcə ensizləşiridi.
Ensiz şeyin halı; en cəhətdən darlıq. □ Qapıların ensizliyi.
Zoologiya. Zoologiyanın həşərat (böcəklər) bəhsi. □ Entomologiya şöbəsi.
Zoologiya. Entomologiyaya aid. □ Entomoloji tədqiqatlar.
Zoologiya. Entomologiya mütəxəssisi.
Bütün qüvvəsi ilə, böyük şövq və həvəslə işləyən adam, bütün qüvvə və həvəsini bir işə verən, bir şeyin coşqun pərəstişkarı olan adam.
1. Daş dövrünün, ən qədim ibtidai daş alətləri qayrılan mərhələsi. 2. Bu dövrə aid ibtidai daş alət.
1. Tibb. Epidemiya mahiyyətində olan; yoluxucu, yoluxma. □ Epidemik xəstəliklər. 2. Məcazi mənada: epidemiya kimi hər yerə yayılmış.
Tibb. Tibb elminin yoluxucu xəstəliklərin törəyib yayılması səbəblərini öyrənən və onların qarşısını almaq üsullarından bəhs edən sahəsi. □ O, epidemiologiya ixtisası üzrə imtahan verib.
Tibb. Epidemiologiya mütəxəssisi. □ Görkəmli həkim-cərrah Mustafa Topçubaşov Almaniyada olarkən İsmayıl Axundovdan cərrahlıq ixtisasından epidemioloq ixtisasına keçməsini xahiş etmişdi.
Epik əsərlər müəllifi.
Ədəbiyyatşünaslıq. Eposa aid, epos xüsusiyyətli. □ Epik dastanlar. Epik əsərlər.