1. Təcrübi, təcrübə üçün ayrılmış (təyin edilmiş). □ Eksperimental tədqiqat üsulu. Eksperimental zavod.
2. Eksperimental (elmi təcrübə) üzərində əsaslanan. □ Eksperimental fonetika. Eksperimental fizika.
Həmçinin bax:
Burjua incəsənəti və ədəbiyyatında XX əsrin birinci yarısında meydana gəlmiş cərəyan (bu cərəyan tərəfdarları, sənətkarın öz daxili aləmini, onun subyektiv yaradıcılıq təəssüratını ifadə etməyi əsas vəzifə hesab edirdilər). □ Ekspressionizm cərəyanı.
Azərbaycan dilinin izahlı lüğəti