Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dislokasiya [dislak'asiya] isim dis... + locus – məkan

1. Geologiya. Süxurların ilk yatım formalarının pozulması.

2. Hərbi. Quru qoşunlarının hissə, birləşmə və hərbi idarələrinin ölkənin müəyyən ərazisində (yaşayış məntəqələri, xüsusi hərbi şəhərcik və düşərgələrdə) yerləşdirilməsi; hərbi hava birləşmələrinin təyyarə meydanında, hərbi dəniz qüvvələrinin, gəmilərin limanlarda və hərbi dəniz bazalarında saxlanması. □ Dislokasiya xəritəsi.

Azərbaycan dilinin izahlı lüğəti

dispanser [dispanser] isim fr. dispensaire < lat. dispanto – bölüşdürürəm

Tibb. Sağlamlığın bərpasına xidmət edən müalicə-profilaktika müəssisəsi. □ Vərəm dispanseri.

Azərbaycan dilinin izahlı lüğəti

dispenser [dispenser] isim ing. dispenser – həcmi, dozanı müəyyən edən

Suyun, yanacağın və s. müəyyən həcmdə, dozada verilməsini təmin edən qurğu, cihaz. □ Su dispenseri.

Azərbaycan dilinin izahlı lüğəti

dispetçer [dispeçer] isim dis... + patch – düzəltmək, həll etmək

Tənzimləyici, nəqliyyatın hərəkətini, müəssisə və ya idarə işlərini müxtəlif əlaqə vasitələri ilə nizama salan işçi. □ Dispetçer məntəqəsi.

Azərbaycan dilinin izahlı lüğəti

displey [displey] isim ing. display – nümayiş, vitrin

Təsviri nümayiş etdirən tablo, ekran; rəqəmsal avadanlıqda verilmiş rəqəmlərdən çıxan nəticəni mətn, cədvəl, çertyoj şəklində göstərən cihaz. □ Kompüterin displeyi.

Azərbaycan dilinin izahlı lüğəti

disproporsiya [dispraporsiya] isim dis… + proporsiya – mütənasib

Balansın, tənasübün pozulması, hissələrin uyğunsuzluğu, proporsionallığın olmaması. □ Disproporsiyanı aşkarlamaq.

Azərbaycan dilinin izahlı lüğəti

disput [disput] isim lat. disputare – mühakimə, mübahisə etmək

Elmi və ya ictimai əhəmiyyətli mövzuda açıq mübahisə. □ Disputun mövzusu.

Azərbaycan dilinin izahlı lüğəti

dissertasiya [disertasiya] isim lat. dissertare – müzakirə etmək

Elmi dərəcə almaq məqsədilə yazılmış, konkret bir mövzuya həsr olunmuş, elmi yeniliyi ilə fərqlənən araşdırma. □ Dissertasiya mövzusu.

Azərbaycan dilinin izahlı lüğəti

dissident [dissident] isim dis... + lat. sedere – oturmaq

Mövcud siyasi rejimi qəbul etməyən; hakim ideologiyaya qarşı çıxan; fərqli düşünən açıqfikirli adam. □ Dissident yazıçı.

Azərbaycan dilinin izahlı lüğəti

dissimilyasiya [dissimilyasiya] isim dis... + lat. similis – oxşar

1. Oxşarlığı, bənzərliyi pozan dəyişiklik.

2. Biologiya. Maddələr mübadiləsində zülallar, nuklein turşuları, yağlar və karbohidratların çevrilməsi ilə gedən prosesdə üzvi birləşmələrin bəsit maddələrə parçalanması; assimilyasiya prosesinin əksi. □ Dissimilyasiya prosesi.

3. Dilçilik. Fonetik hadisə; sözdəki iki eyni və ya bənzər səsdən birinin digərinə təsir edərək onu başqa səsə çevirməsi. □ Sonda gələn səsin dəyişilməsinə irəli dissimilyasiya, öndə gələn səsin dəyişilməsinə isə geri dissimilyasiya deyilir.

Azərbaycan dilinin izahlı lüğəti

dissonans [dissanans] isim dis... + lat. sonare – səslənmək, danışmaq

1. Səslənmədə (musiqidə) harmoniyanın, ahəngin pozulması. □ Dissonans ifa.

2. Məcazi mənada: ünsiyyətdə qarşılıqlı rəddetmə və uyğunsuzluq; nəyinsə ziddinə getmək; ixtilaf. □ Dissonans hadisəsi.

Həmçinin bax:

jurnalistika: koqnitiv dissonans Azərbaycan dilinin izahlı lüğəti

dividend [divident] isim lat. dividendus – bölünməli olan şey

1. İqtisadiyyat. Şirkətin səhmdarları arasında bölünməli olan gəlirin bir hissəsi; hər bir səhmdarın payına düşən gəlir. □ Dividendin həcmi.

2. Məcazi mənada: hər hansı situasiyada şəxsin (ictimai xadimin, siyasətçinin və b.) müəyyən gedişlə nüfuz qazanması; nüfuz, hörmət. □ Dividend qazandırmaq.

Azərbaycan dilinin izahlı lüğəti

diviziya [diviziya] isim lat. divisio – bölmə, bölünmə

Hərbi. Eyni təyinatlı kiçik hərbi hissələrdən ibarət birləşmə. □ Atıcı diviziyası.

Azərbaycan dilinin izahlı lüğəti

dizayn [dizayn] isim ing. design – layihə, kompozisiya, eskiz < lat. designare – ölçmək

Estetik, yüksək zövqlü tərtibat; kitab, qəzet və ya jurnalın, reklam müraciətinin, eləcə də evlərin eksteryerinin və interyerinin bədii tərtibatı. □ Müasir dizayn.

Həmçinin bax:

jurnalistika: informasiya dizaynı jurnalistika: işıq dizaynı jurnalistika: qrafik dizayn jurnalistika: poliqrafiya dizaynı jurnalistika: proqram təminatının dizaynı jurnalistika: səs dizaynı Azərbaycan dilinin izahlı lüğəti

dizayner [dizayner] isim ing. designer

Bədii tərtibat, sənaye mallarının estetik görünüşünün hazırlanması üzrə bədii layihəçəkmə mütəxəssisi, rəssam-konstruktor. □ Dizayner zövqü.

Azərbaycan dilinin izahlı lüğəti