1. Xarici hökumətlərdə təmsil olunmaq, danışıqlar aparmaq və əlaqə saxlamaq üçün təyin olunmuş dövlət nümayəndəsi, diplomatiya fəaliyyətini həyata keçirən şəxs. □ Təcrübəli diplomat.
2. Yastı çamadan formasında portfel. □ Diplomat almaq.
3. Məcazi mənada: insanlarla xüsusi məharət və bacarıqla davranmaqla öz məqsədinə çatan adam. □ Diplomat olmaq.
Azərbaycan dilinin izahlı lüğətiDövlətin xarici siyasətini həyata keçirmək, xaricdə dövlətin mənafeyini qorumaq məqsədilə dövlət başçısının, hökumətin və xarici işlər üzrə xüsusi orqanların rəsmi fəaliyyəti. □ Diplomatiya bəzən xarici əlaqələr haqqında elm və ya danışıqlar aparmaq məharəti kimi də izah olunur.
Həmçinin bax:
1. Dairəvi, yastı formada olan rəqəmli informasiya daşıyıcısı; mexanizmlərin yastı, dairəvi şəkildə olan detalı. □ DVD diski. Telefon diski.
2. İdman. Uzağa tullamaq üçün dairəvi idman aləti. □ Disk atmaq yarışı.
3. Astronomiya. Planetlərin Yerdən görünən hissəsi. □ Ay diskinin müşahidəsi.
Həmçinin bax:
1. Müxtəlif səs və ya görüntü yazılmış disklərin saxlandığı yer. □ Diskotekaya giriş.
2. Əsasən, gənclər üçün diskdə yazılmış musiqilərin səsləndirildiyi rəqs zalı olan musiqi klubu; belə bir klubda rəqs və əyləncə axşamı. □ Diskotekada şənlik.
Azərbaycan dilinin izahlı lüğəti1. İrqindən, dinindən, milliyyətindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi partiya və ictimai birliklərdə təmsilçiliyindən asılı olaraq bir qrup şəxsin hüquqlarının məhdudlaşdırılması və ya tamamilə əlindən alınması. □ Siyasi diskriminasiya.
2. Beynəlxalq hüquqda – hər hansı bir dövlət, onun hüquqi və fiziki şəxsləri üçün daha məhdud hüquqların müəyyən edilməsi. □ Diskriminasiya siyasəti.
Azərbaycan dilinin izahlı lüğətiPeşəkar şərtləri və ya qaydaları pozduğuna görə ixtisasından, hansısa vəzifəni tutmaq, onu icra etmək hüququndan, idman yarışlarında iştirakdan məhrum edilmə. □ Diskvalifikasiya olunmaq.
Azərbaycan dilinin izahlı lüğəti