Bəzən istehza və ya etinasızlıqla yetişməmiş, həddi-büluğa çatmamış cavanlar, yaxud qanmaz, mədəniyyətsiz adamlar haqqında. □ ...Dana-dunanı hərə bir yerə dartacaq, Allah xatirinə, mənə rəhm edin, mən yazığam. (N.Vəzirov).
Bir yaşa dolmamış camış balası.
Botanika. Rütubətli meşələrdə bitən iriyarpaqlı çoxillik ot bitkisi.
1. Dialekt. Rütubətli torpaq altında yaşayan, ağacların və ümumiyyətlə, bitkilərin kökləri ilə qidalanan, başı bədəninə nisbətən böyük olan qurd, böcək. 2. Məcazi mənada: küt adam, tərs adam, höcət adam. □ Danabaşın biridir.
Yekəbaşlıq, kütlük, tərslik, höcət. □ Danabaşlıq etmək.
Botanika. Rütubətli yerlərdə bitən ot bitkisi.
Kiçik dana.
Zoologiya. Rütubətli torpaq altında yaşayan, ağacların və ümumiyyətlə, bitkilərin kökləri ilə qidalanan, başı bədəninə nisbətən böyük olan qurd, böcək. □ Danadişi torpağın bir metrə qədər dərinliyində qışlayır.
Dialekt. İri, yumru, qırmızı gavalı növü.
Botanika. Yarpaqları zanbaq yarpağına oxşayan bir bitki; novruzçiçəyi.
Botanika. İridənəli lobya növü.
Danmağa məcbur etmək, danmağa səbəb və vasitə olmaq, boynuna almağa qoymamaq.
"Dən" sözünün klassik ədəbiyyatda işlənmiş forması. □ Əkdikləri danələr gögərdi; Bəh, bəh, necə tamlı meyvə verdi! (M.Ə.Sabir)
Bax: dənə (1-ci mənaya).
Arxaizm. Bilici, bilikli, oxumuş. □ Qəmərin çox oxumuş, danəndə bir dayısı var idi. (Nağıl)
Bax: danılmaq.