1. Yaxşı dadı olan, ləzzətli. □ Dadlı meyvə. Dadlı yeməklər.
2. Məcazi mənada: xoşagələn, ləzzətverən, ruhu oxşayan, ürəyəyatan, lətif, xoş, şirin. □ Dadlı söz – can arzusu, dadsız söz – baş ağrısı. (Atalar sözü)
3. İsim kimi: xörəkdən sonra yeyilən şirniyyat, məzə. □ ..Konsulun evində təbrizlilərə məxsus bütün şirniyyatı və dadlıları görmək mümkün idi. (M.S.Ordubadi)