Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

dad1 [dad] isim 

1. Yeyilən və ya içilən şeyin acılıq, şirinlik, turşluq, duzluluq, şitlik və s. cəhətdən hiss olunan xüsusiyyəti; tam. □ Kür suyunun dadı nə acıdır, nə şordur, nə turşdur, ... nə iylidir. (C.Məmmədquluzadə).
2. Məcazi mənada: ləzzət, nəşə. □ Ad mənim, yar özgənin; Neylərəm mən bu dadı. (Sarı Aşıq).

dad2 [dad] isim fars

1. Fəryad, fəğan, haray. □ Dedi: ayə nədir bu dadə səbəb; Halətin görsənir nəzərdə əcəb. (S.Ə.Şirvani).

2. Kömək, imdad.
3. Şikayət.

dad3 [dad] nida

1. Aman, haray, vay. □ Ey sevdiyim, səndən qeyri kimim var? Gəl üstümə, aman, öldüm, dad, öldüm! (M.V.Vidadi).

2. Çox vaxt “dad ... əlindən” şəklində işlənir. □ Anlayana da can qurban, anlamayana da, dad yarımçıq əlindən. (Atalar sözü).

Həmçinin bax:

frazeologizm: ağzı dada gəlmək frazeologizm: ağzında dadı qalmaq frazeologizm: ağzının dadı qaçmaq frazeologizm: ağzının dadını bilmək frazeologizm: dad çəkmək frazeologizm: dad yarımçıq əlindən frazeologizm: dada çatmaq frazeologizm: dada gətirmək frazeologizm: dadı damağında qalmaq frazeologizm: dadı damağından getməmək (çıxmamaq) frazeologizm: dadı heç yana çatmamaq frazeologizm: dadı qaçmaq frazeologizm: dadı-duzu qaçmaq frazeologizm: eşşək nə bilir xurmanın dadını frazeologizm: əlindən dad çəkmək frazeologizm: əlinin dadını görmək nida: ay dad Azərbaycan dilinin izahlı lüğəti