1. Dini etiqada görə, ölümlə vücuddan ayrılan qeyri-maddi varlıq; ruh. □ Çıxan can geri dönməz. (Atalar sözü).
2. Həyat, varlıq. □ Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən. (Atalar sözü).
3. Tab, taqət, hey. □ O qədər çox işləmişdi ki, az qala canı çıxırdı.
4. Bədən. □ Keçi can hayında, qəssab piy axtarır. (Atalar sözü).
5. Adam, insan, fərd. □ Əziziyəm, nə qandır; Gözdən axan nə qandır; Daş deyil, kəsək deyil; Rəhm eylə, bu ki candır. (Bayatı).
6. Məcazi mənada: bir şeyin əsası, mahiyyəti, məğzi. □ Sözümün canı budur ki, gənclər yenilikçi olmalıdırlar.
7. Canım, canım-gözüm şəklində – mehribanlıqla müraciət məqamında. □ Canım-gözüm, de görüm nə istəyirsən?
8. Canım, canım-gözüm şəklində – etiraz, narazılıq məqamında. □ Canım, nə düşmüsən üstümə.
Həmçinin bax:
1. Cəllad, adamöldürən, qaniçən. □ Canalan cəllad yenə günahkarların başın vururdu.
2. Məcazi mənada: üzücü, çox əziyyətli. □ Fəhlənin işi çox canalan, yorucu idi.
3. Məcazi mənada: füsunkar, məftunedici, dilbər. □ Leylanın gözəl bənizi, canalan gözləri məni məst elədi.
1. Zoologiya. İtkimilər fəsiləsindən olan məməli, yırtıcı heyvan; qurd. □ Canavardan qorxan qoyun saxlamaz. (Atalar sözü). Ana keçi dala qaldı; Canavar bir quzu aldı; Gəldi qazının yanına; Başladı öz yalanına. (M.Müşfiq).
2. Məcazi mənada: çox qəddar, vəhşi, yırtıcı, rəhmsiz adam haqqında. □ Kərim bəy vəhşi canavar kimi uşağın üstünə şığıdı.
1. Canbazın işi, kəndir və ya at üzərində və s.-də göstərdiyi məharət, hünər. □ Nihad sirk dəstəsi ilə birlikdə şəhər-şəhər gəzib canbazlıq edirdi.
2. Məcazi mənada: hiyləgərlik, hoqqabazlıq, fırıldaqçılıq. □ Onlar nəsillikcə canbazlıqla məşğuldular.