1. Kitabın üzü, üz qabığı. □ Kitabın cildində qara ramka içərisində döşdən yuxarı çəkilmiş bir adam şəkli vardı. (M.İbrahimov)
2. Böyük bir əsərin ayrı-ayrı kitab şəklində olan hissələrindən hər biri, həmçinin ayrıca kitab şəklində olan çap əsəri. □ Ensiklopediyanın ikinci cildi.
3. Məcazi mənada: don, qiyafə. □ Ötər keçdiyiniz yerdə bayquşlar; Qəhrəman cildinə girən sərxoşlar! (H.Cavid)
Həmçinin bax: