1. Bədənin ortası, qurşaq bağlanan yeri. □ İncə bel. Beli ağrımaq. Belinə qayış bağlamaq. Ağır yükün altına girənin beli sərpər. (Atalar sözü).
2. İnsanın və bəzi heyvanların qarnının arxa tərəfi, sağrı ilə çiyinlər arasındakı hissə; dal. □ Əyri bel. Beli bükülmüş. Yükü atın belinə qaldırmaq. Xoşbəxtlikdən bel dikələr, bədbəxtlikdən bel bükülər. (Atalar sözü)
3. Məcazi mənada: hündür dağın iki təpəsi arasındakı əyrilmiş yer və alçaq keçid. □ Min Qazaxda köhlən ata; Göy yaylaqlar belinə qalx. (S.Vurğun).
4. Məcazi mənada: dövrə, ətraf. □ Şəhərin belinə yarımqurşaq kimi dolanan minlərcə sahil işıqları yerə səpilmiş ulduzlar kimi sayrışırdı. (M.Hüseyn).
Sağ və ya sol yanında ayaqla basmaq üçün çıxıntısı olan uzun saplı qazma aləti. □ Dəmir bel. Bel ilə belləmək. Bir ağacdan bel də olur, kürək də. (Atalar sözü). Dəliyə yer ver, əlinə bel! (Atalar sözü).
Həmçinin bax:
Etnoqrafiya. Gəlin köçürüldüyü zaman oğlanın yaxın qohumlarından birinin dəsmal və s. ilə gəlinin belini bağlama adəti. □ Belbağlamanın icrasından sonra, Kiçikbəyimin bir qoluna İbrahim xan, o birisinə Vaqif girib, kallayının ortasına gətirdilər. (Y.V.Çəmənzəminli).
Azərbaycan dilinin izahlı lüğəti1. Teatr-kino. Teatrın tamaşa salonunda parterdən yuxarı birinci yarus. □ Yeni teatr binasında tamaşaçı yerlərinin bir hissəsi beletaj şəklində 24 lojada yerləşdirilmişdir.
2. Evin aşağıdan ikinci, adətən ən yaxşı mərtəbəsi. □ Onun mənzili beletajdadır.
1. Bu cür, bu təhər, bu kimi, bu sayaq. □ Belə işlərə yol vermək olmaz. Əziziyəm, gülə naz; Bülbül edər gülə naz; Dağıl belə zamana; Ağlayan çox, gülən az. (Bayatı).
2. Bu qədər, bunca. □ Belə gec niyə gəldin?
3. Bu boyda, bu yekəlikdə. □ Belə ağacın başına qalxmaq çətindir.
4. Bu tərəfə, bu yana, o tərəfə, o yana. □ Bir-birimizdən ayrıldıq, mən belə gəldim, o belə getdi.
5. “Bundan”, “bu gündən” sözləri ilə bərabər işlənərək bundan sonra, bundan etibarən, başlayaraq mənalarını ifadə edir. □ Bundan belə mən sizə gəlməyəcəyəm.
6. Bu cür adamlar. □ Belələrinə söz kar eləmir. (M.Hüseyn).
7. “Ki” bağlayıcısı ilə birlikdə işlədilərək “buna görə də” mənasında nəticə bildirən qovuşuq cümlələri birləşdirmək funksiyası daşıyır. □ Müzakirəyə qoyulmuş məsələlər yaxşı həll olundu, belə ki, hamı razı qaldı.
Sözü, fikri qüvvətləndirmək üçün işlədilir. □ Firidun sual belə vermədən xarabaya girdi. (M.İbrahimov).
Həmçinin bax: