Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

allergiya [alergiya] isim yun. allos – başqa + ergon – təsir

1. Orqanizmin bu və ya başqa maddəyə ifrat dərəcədə həssaslığı, bu həssaslığın doğurduğu fəsadlar (dəri səpməsi, göz yaşarması və s.). □ Allergiyası tutmaq.

2. Məcazi mənada: bəzi təzahürlərə, hadisələrə və insanlara qarşı sərt və barışmaz reaksiya. □ Yaltaqlığa qarşı allergiya.

Azərbaycan dilinin izahlı lüğəti

almanax [almanax] isim alm. almanach < lat. almanachus – zaman

1. Orta əsrlərdə Şərqdə astronomik və digər soraq məlumatı toplanmış təqvim cədvəlləri.

2. Ədəbiyyatşünaslıq. Müxtəlif yazıçıların əsərlərindən ibarət ədəbi toplu. □ İlk ədəbi almanaxlar 18-ci əsrin ortalarında Fransada yaranmışdır.

Azərbaycan dilinin izahlı lüğəti

alternativ [alternativ] sifət fr. alternative < lat. alter – ikisindən biri

İki və daha artıq sayda bir-birini istisna edən imkanlardan birinin seçilmə zərurəti; hansısa problemin həllində ehtiyat və ya əlavə variantların mövcudluğu. □ Alternativ layihə.

Həmçinin bax:

jurnalistika: alternativ jurnalistika jurnalistika: alternativ media coğrafiya: alternativ energetika coğrafiya: alternativ enerji mənbələri Azərbaycan dilinin izahlı lüğəti