1. Ata-anadan, uşaqlardan, nəvələrdən və yaxın qohumlardan ibarət olub, bir yerdə yaşayan adamların hamısı; külfət. □ Ailə başçısı. Ailə saxlamaq. Ailə üzvü. Ailə tərbiyəsi. Ailə həyatı. Ailə vəziyyəti. Ailə məhək daşıdır (Atalar sözü)
2. Məcazi mənada: çox mehriban. □ Bir ailə kimi yaşamaq.
3. Zoologiya. Bir erkəklə bir və ya bir neçə dişidən ibarət heyvan dəstəsi. □ Arı ailəsi. Qarışqa ailəsi.
4. Dilçilik. Mənşəcə bir olan dillər qrupu. □ Türk dilləri ailəsi. Hind-avropa dilləri ailəsi.
Həmçinin bax:
1. Ailəsinə məhəbbət, ailəsini sevmə.
2. Məcazi mənada: bir işin öz mənfəətinə, xəlvəti və öz yaxın adamlarının məhdud çərçivəsi içərisində aparılması, həll edilməsi; qohumbazlıq, dostbazlıq. □ İşdə ailəçiliyə yol verilməməlidir. Məsələni ailəçilik yolu ilə həll etmək olmaz.
1. Ailəyə mənsub, ancaq ailəyə məxsus, ailəyə aid olan. □ Ailəvi məsələ. Ailəvi söhbət. Ailəvi qonaqlıq.
2. Zərf kimi məcazi mənada: səs-küysüz, xəlvəti; başqaların, yad adamların iştirakı və xəbəri olmadan. □ Məsələni Əvəzlə birlikdə hay-küysüz, səssiz, ailəvi şəkildə həll etməyi qərara alandan sonra, ata düşünürdü. (Ə.Vəliyev).