Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

akselerator [ak'selerator] isim lat. accelero – sürətləndirirəm

Karbüratordan mühərrikin silindrlərinə verilən yanacağın miqdarını tənzimləyən (əsasən, artıran) qurğu. □ Akselerator nəqliyyat vasitəsinin sürətini artırmaq üçün istifadə olunur.

Azərbaycan dilinin izahlı lüğəti

aksent [ak'sent] isim lat. accentus – deyiliş, vurğu

1. Dilçilik. Əcnəbi dildə danışan şəxsin nitqində söz və ifadələrin təhrif olunmuş intonasiya ilə tələffüzü; özgə dillərdə danışanlarda ana dilinin fonetik spesifikasından irəli gələn tələffüz xüsusiyyəti. □ Aksent ilə danışmaq.

2. Dilçilik. Danışıqda, söhbətdə xüsusi intonasiya ilə vacib bir məqamı vurğulamaq. □ Danışıqlarda Dağlıq Qarabağ mövzusuna xüsusi aksent edildi.

Azərbaycan dilinin izahlı lüğəti

aksept [ak'sept] isim lat. acceptus – qəbul edilən

1. İqtisadiyyat. Müqavilə bağlamaq təklifinə və təklifdəki şərtlərin saxlanmasına razılıq vermək. □ Qarşılıqlı aksept.

2. İqtisadiyyat. Ödəniş tapşırığında və ya əmtəə sənədlərində göstərilən məbləği ödəmək barədə borclunun yazılı razılığını bildirən sənəd. □ Akseptdən imtina etmək.

Azərbaycan dilinin izahlı lüğəti

aksesuar [ak'sesuar] isim fr. accessoire – hissə, əlavə

Nəyinsə vacib olan əlavə hissəsi; bir şeyi tamamlayan əlavə detal. □ İşıq aksesuarı. Avtomobil aksesuarları.

Azərbaycan dilinin izahlı lüğəti

aksiologiya [ak'siyalogiya] isim yun. axia – dəyər + ...logiya

Fəlsəfə. Əxlaqi dəyərlər haqqında təlim, dəyərlər nəzəriyyəsi; dəyərlərin sosial və mədəni amillərlə əlaqələrini öyrənən elm sahəsi. □ Aksiologiya təlimini fəlsəfəyə ilk dəfə yunan filosofu Sokrat gətirmişdir.

Azərbaycan dilinin izahlı lüğəti

aksiom [ak'siyom] isim yun. axioma – mübahisə doğurmayan, qəbul edilmiş

1. Sübuta ehtiyacı olmayan müddəa, mülahizə. □ Elmi aksiom.

2. Hamının qəbul etdiyi danılmaz həqiqət, isbata ehtiyacı olmayan müddəa. □ İlk dəfə Aristotelin işlətdiyi aksiom isbata, təsdiqə ehtiyacı olmayan fikir kimi qəbul edilir.

Azərbaycan dilinin izahlı lüğəti

aksiya [ak'siya] isim lat. actio – qiymətli kağız, sənəd, hərəkət

1. Səhmdar cəmiyyətinə kapital kimi müəyyən miqdarda pul qoyulmasını təsdiq edən qiymətli kağız. □ Aksiya almaq.

2. Müəyyən məqsədə çatmaq üçün gerçəkləşdirilən ictimai fəaliyyət; ictimaiyyətin diqqətini cəlb etmək üçün keçirilən kütləvi tədbir, silsilə kütləvi hərəkətlər. □ Siyasi aksiya.

Azərbaycan dilinin izahlı lüğəti

aksiz [ak'siz] isim fr. accise < lat. accidere – bölünmüş, azaldılmış

Maliyyə. Kütləvi istehlak mallarına (duz, çay, şəkər və s.) və bəzi xidmətlərə (nəqliyyat və s.) qoyulan dolayı vergi növlərindən biri. □ Aksiz markası.

Azərbaycan dilinin izahlı lüğəti

aktiv [ak'tif] sifət lat. activus – fəal, işgüzar

1. Mühasibat balansının təsərrüfat vasitələrinin işləklik baxımından vəziyyətini əks etdirən hissəsi. □ Aktiv balans.

2. Fəal, çalışqan. □ Aktiv tələbə.

Həmçinin bax:

jurnalistika: aktiv lüğət jurnalistika: aktiv sözlər Azərbaycan dilinin izahlı lüğəti

aktual [ak'tual] sifət lat. actualis – həqiqi, mühüm (vacib) olan

Çağdaş dövr üçün mühüm əhəmiyyət daşıyan. □ Aktual mövzu.

Həmçinin bax:

jurnalistika: aktual ekran Azərbaycan dilinin izahlı lüğəti

akupunktura [ak'upunk'tura] isim lat. acus – iynə + punctura – batırma

Tibb. İynəbatırma üsulu ilə müalicə. □ Akupunkturada bədənin müəyyən nöqtələrinə xüsusi iynələr batırmaqla daxili orqanların fəallığı artırılır.

Azərbaycan dilinin izahlı lüğəti

akustika [ak'ustik'a] isim yun. akustikos – eşitmə

Fizikanın səs hadisələrini və onların digər fiziki hadisələrlə qarşılıqlı təsirini öyrənən bölməsi. □ Akustika bölməsi ümumi və tətbiqi akustika olmaqla iki yerə bölünür.

Həmçinin bax:

coğrafiya: atmosfer akustikası Azərbaycan dilinin izahlı lüğəti

akva... [ak'va] lat. aqua – su

Mənası su ilə bağlı olan mürəkkəb sözlərin tərkib hissəsi; məs.: akvabayk (su motosikli), akvatlon (sualtı idman yarışı, oyun) və s. □ Akvaaerobika.

Azərbaycan dilinin izahlı lüğəti

akvapark [ak'vapark'] isim akva... + lat. parkhərf. su parkı

Xüsusi su hovuzları, saunaları, su attraksionları, idman qurğuları və s. olan əyləncə-sağlamlıq mərkəzi. □ Akvaparkda gəzinti.

Azərbaycan dilinin izahlı lüğəti