1. Bir istiqamətdə getmək, cərəyan etmək (mayelər və hava haqqında). □ Çay axır. Su axır. Damarlarda qan axır.
2. Sızmaq, xarab olduğu üçün mayeni buraxmaq. □ Dam axır. Qab axır. Kran axır.
3. Damcı-damcı tökülmək (axmaq). □ Qapında inləyim mən; Sözü de, dinləyim mən; Qoy axsın gözüm yaşı; Bir az sərinləyim mən (Bayatı).
4. Məcazi mənada: gəlmək, tökülmək. □ Alovlar dağıdan xoş nəfəsindən; Hər əsgər qəlbinə min qüvvət axdı. (S.Vurğun).
5. Məcazi mənada: qüvvətli kütlə və ya izdiham halında hərəkət etmək, irəliləmək, yerimək, getmək, gəlmək. □ Bu təklifi qəbul edərək xalq saray meydanına tərəf axmağa başladı (S.S.Axundov).
6. Məcazi mənada: sakit, müntəzəm hərəkət etmək; səlislik, ahəngdarlıq. □ Buludlar sakit-sakit göydə axır. Musiqinin səsi axır.
7. Məcazi mənada: getmək, ötmək, keçmək (bəzən “axıb getmək” şəklində işlənir). □ Bu vəfasız ömür, bu coşqun dərə; Gərək boş-boşuna axıb keçməsin (M.Müşfiq).
8. Suyun üzü ilə, cərəyanı ilə getmək; cərəyan aparmaq. □ Qayıqlar sahil yanından axıb keçdi.
9. Məcazi mənada: süzgün göz haqqında; özündən gedən, can verən adamın gözləri haqqında. □ Min yerdən “can!” deyildi; Hər axan süzgün gözə (Ə.Cavad).
10. Məcazi mənada: cərəyan etmək, başa gəlmək, keçmək. □ Həyat öz məcrası ilə axır.
1. Səfeh, ağılsız, gic. □ Axmaq adam.
2. Mənasız, boş (söz, hərəkət, iş və s.). □ Axmaq hərəkət. Axmaq iş tutmaq. Axmaq fikir.
3. Bəzən söyüş kimi işlənir.
Həmçinin bax:
1. Axmayan, durğun (su haqqında).
2. İsim kimi: durğun su, çuxur yerlərdə yığılıb qalan su. □ Pambıq yerlərində tarlaları suvarmaq üçün axmazların suyundan da istifadə edilir.
3. Coğrafiya. Çayın əvvəlki yatağında ya tamamilə, ya da qismən ondan ayrılmış hissəsi. □ Axmaz çayın əyri-üyrü axıb öz yatağını düzəltməsi nəticəsində əmələ gəlir.
Həmçinin bax:
Qandizm əxlaq təlimində başqasına mənəvi zərər vurmamağı təlqin edən davranış tərzi; ilahi varlığı həqiqətlə eyniləşdirmək ideyasını əsas götürən və həqiqətə insanların əxlaqi təkmilləşməsi ilə nail olmağın mümkünlüyünü irəli sürən Qandizmin əxlaq təliminin əsasında təkcə fiziki deyil, həm də mənəvi zərər vurmamaq kimi anlaşılan.
Azərbaycan dilinin izahlı lüğəti