Birlikdə ağlamaq, ağız-ağıza verib ağlamaq, bir-birinə qoşulub ağlamaq. □ Qəflətən hamı bir-birinə qoşulub ağlaşmağa başladı.
Teatrşünaslıq. Meydan xalq tamaşalarının janr təyinində faciə, tragediya anlamında işlənib. □ Şəbih tamaşalarına bəzən ağlatı oyunları da deyilib.
Bax: ağlatmaq.
1. Ağlatmağa məcbur etmək, birinin ağlamasına səbəb olmaq. □ Heç kim məni ağlatmağı bacara bilmir. 2. Məcazi mənada: çox təsir etmək, son dərəcə mütəəssir etmək. □ Ağlatmayır insanları; Leyli-Məcnun dastanları. (S.Vurğun).
Həmçinin bax:
Bax: ağlağan.
Ağlayan.
Ağlama. □ Ağlayış yaratmaq qadınlar üçün heç də çətin deyildir.
Ağlı-bozlu, ağlı-qaralı və s. hər rəngli, bütün rənglərdə olan. □ Köç yolu ilə gedən ağlı-bozlu sürülərin sayı-hesabı yox idi. (Ə.Vəliyev)
Hələ ağlı bir şey kəsməyən. □ Ağlıkəsməz körpə. Ağılkəsməz balacalar ətrafdakıları xeyli əyləndirdilər.
Ağ şeyin halı, bir şeyin ağ rəngi. □ Dərinin ağlığı. Qarın ağlığı insanın gözünü qamaşdırırdı.
1. Dialekt. Divara çəkilən birinci mala (suvaq). □ Ustalar divara ağmala çəkdilər.
2. Dialekt. Çəltik şumunda sürülən ilk mala.
Dərisi ağ, kök və göyçək (qız).
Ağ və kök (uşaq və ya qadın). □ Bir gözəl idi, bir gözəl idi, elə ordaca bu ağmaya qadına vuruldum. (A.Qaradərəli)
Dialekt. Ehtiyacı ödəmək üçün üyüdülən azacıq dən. □ Deyəsən, məsələmiz qurtarıbdır. İndi də keçmişik ağnağaz üyütməyə. (Ə.Vəliyev)
1. Dialekt. Heyvanın ağnadığı yer. □ Heyvanın ağnağı. 2. Dialekt. Dağlarda torpağı sürüşmüş və ya su yuyub aparmış yer. 3. Dialekt . Bir yerə yığılıb iylənən palçıqlı su, lehməli gölməçə, çuxur, oyuq.