Tarix. Ağqvardiyaçılar, əksinqilabçılar.
İdman. Bir sıra stolüstü oyunlarda (şahmat, dama, nərd və s.) açıq rəngli fiqurlar və damalar.
Həmçinin bax:
1. Arxaizm. Hakim, istismarçı siniflərə mənsub adam; mülkədar, bəy, zadəgan. □ O, kəndin əsl ağası həmişə kasıb insanlara xeyirxahlıq edərdi.
2. Arxaizm. Keçmişdə seyidlərə, ruhanilərə verilən ləqəb. □ Bala, gəlin oturun, qulaq asın, görün ağa nə deyir!
3. Arxaizm. Sahib, sahibkar, yiyə, hakim. □ Mən bu evin həm ağasıyam, həm də nökəri. Ağa deyir, sür dərəyə, sür dərəyə.
Həmçinin bax:
1. Budaqları və bərk gövdəsi olan çoxillik bitki; oduncaq. □ Alma ağacı. Nar ağacı. Ağac bar verəndə başını aşağı əyər. (Atalar sözü).
2. Ağacdan hazırlanan tir, dirək, taxta, şalban və s. □ Ağac ehtiyatı.
3. Ələ götürülən əsa. □ Əfsus, qocaldım, ağacım düşdü əlimdən. (M.Ə.Sabir).
4. Arxaizm. Təxminən 6-7 kilometrə bərabər uzunluq ölçüsü. □ Əvvəllər ağac sözü uzunluq ölçüsü kimi işlədilirdi.
Həmçinin bax:
1. Dialekt. Arxaizm. Ayaqlarına qarmaqlı ağaclar taxıb gəzən oyunbaz. □ Əvvəllər ağacayaqlara daha çox maraq var idi.
2. Dialekt. Arxaizm. Məcazi mənada: uzundraz adam.
3. Zoologiya. Su kənarında yaşayan uzunayaq quş. □ Yuxuda ağacayaq görmək o deməkdir ki, siz bədbəxt hadisə ilə qarşılaşacaqsız.
Azərbaycan dilinin izahlı lüğəti