İdarə edən, inzibatçı. □ Otelin administratoru.
İnzibatçılıq fəaliyyəti. □ Administratorluq xüsusi idarəetmə qabiliyyəti tələb edir.
Hərbi dəniz donanmasında yüksək rütbə. □ Trafalqar döyüşündə admiral Nelson Fransa ordusu üzərində parlaq qələbə çalır.
Nimfalid fəsiləsindən iri gündüz kəpənəyi, purameis atalanta.
1. Admiral rütbəsi. □ Admirallıq vəzifəsi.
2. Arxaizm. Hərbi donanmanı idarə edən ali orqan.
3. Hərb. Tarix. Keçmişdə dəniz, çay sahilində tərsanə, dok, gəmiqayırma və təmiri emalatxanası, tikinti materialı, silah və s. anbarı olan yer.
Böyrəküstü vəzilərin "beyin" qatının hormonu və ya bu hormonun süni yolla alınmış oxşarı. □ Adrenalin orqanizmdə maddələr mübadiləsini artırır.
Adına məktub, teleqram və s. göndərilən şəxs. □ Adresatın ünvan və rekvizitlərini dəqiq göstərin.
Xalçaçılıq. Yəhər keçəsini tikmək üçün istifadə olunan iri qıyıq.
Nüfuz, şöhrət, etibar, hörmət, şan, yaxşı ad. □ Oğuz elində ad-san qazanmaq üçün iki vacib şərt vardı: torpağı yadlardan qorumaq və kimsəsizlərə əl tutmaq.
1. Adı olmayan; adı məlum olmayan. □ Adsız yer. İgid vətən övladları hər gün adsız yüksəkliklərdə vətənin keşiyini çəkirlər.
2. Şöhrəti, adı-sanı olmayan, tanınmayan. □ Adsız adam açarsız qapıdır. (Atalar sözü).
3. İmzasız. □ Adsız məktub.
Şöhrəti, adı-sanı olmayan, tanınmayan, heç bir cəhətdən məşhur olmayan, adi. □ Adsız-sansız adam.
Avropanın bəzi ölkələrində tələbənin, aspirantın, tədqiqatçının elmi məsləhətçisi, kuratoru. □ Universitet advayzeri.
Reklam biznesi, istehlakçını məlumatlandırma işinin təşkili və prosesi, reklam hazırlanması və yayımı sistemi.
Hüquq. Məhkəmədə müttəhimi müdafiə edən hüquqşünas; vəkil. □ Bu işi udmaq üçün bizə güclü advokat lazımdır.
Bax: vəkillik.
Yun və ya iplikdən toxunma bir qat yorğan. □ Sığınacaqdakı insanlara isinmələri üçün isti adyallar paylandı.