Bax: adlamaq.
Üstündən keçmək, üzərindən atılıb keçmək, aşıb keçmək, aşmaq, addamaq.
Bax: adlandırılmaq.
Ad qoymaq, ad vermək, ləqəb qoymaq.
Bax: adlandırmaq.
1. Ad qoymaq, ad vermək, ləqəb qoymaq. □ Hamı onu yalançı adlandırırdı.
2. Adını çəkmək, adını dilinə gətirmək.
Bax: adlanmaq.
Müəyyən ad daşımaq, müəyyən adı olmaq. □ Nə qədər ki, günahı sübuta yetirilməyib, o, sadəcə, “saxlanılan şəxs” adlanmalıdır.
1. Müəyyən adı olan. □ Hamımızın Azərbaycan adlı bir vətəni var!
2. Məşhur, adlı-sanlı, adı çıxmış, tanınmış. □ Vətənimizin adlı oğulları az deyil.
Dilçilik. İsmin kim, nə, hara suallarına cavab verən halı.
Hər hansı bir sahədə öz fəaliyyəti ilə ad qazanmış, tanınmış, şöhrət tapmış. □ Qızılbaşlar məmləkətinin adlı-sanlı sərkərdələrindən idi.
Jurnalistika. Televiziya və ya radioda canlı veriliş zamanı ekspromt; diktor çıxışı və ya verilişin musiqi müşayiəti zamanı edilən improvizasiya.
İnformatika. Məlumat bazaları və informasiya sistemlərini idarə edən, onların səmərəli istifadəsini reallaşdıran şəxs; “administrator” sözünün qısaldılmış forması. □ Saytın admini.
1. İdarəetmə sferasında inzibatçılıq. □ Yaxşı qurulmuş administrasiya.
2. Hər hansı qurumun rəhbərlik aparatının ümumiləşmiş adı. □ Xəzər dəniz administrasiyası.
Administrasiyaya, inzibatçılığa aid olan. □ Administrativ heyət. Administrativ məsələlər.