Dialekt. Ölən adam üçün cümə axşamı günləri verilən ehsan.
Haqsız olaraq hər bir pis işin şamil edildiyi adam.
Adət halına keçmiş, başqalarından fərqlənməyən. □ Adi vəziyyət. Adi iş. Biz hər səhər adi qaydada işə başlayırıq.
Ədalətli, insaflı, düz iş görən. □ Adil insan. Adil hərəkət.
Adilcəsinə, ədalətlə, insafla. □ Adilanə qərar çıxarmaq.
Bax: adiləşdirilmək.
Adi hala salınmaq, bəsitləşdirilmək, sadələşdirilmək; bayağılaşdırılmaq. □ Bu məsələ həddən artıq adiləşdirildi.
Bax: adiləşdirmək.
Adi hala salmaq, bəsitləşdirmək, sadələşdirmək; bayağılaşdırmaq. □ Əsəri adiləşdirmək.
Bax: adiləşmək.
1. Adi şəklə duşmək, həmişəki kimi olmaq. □ Bütün insanların ürəyində unudulmaq, adiləşmək qorxusu olur.
2. Bəsitləşmək, sadələşmək; bayağılaşmaq. □ Bir vaxtlar sənin üçün dəyərli olan bir şey bəzən gözündə adiləşib bayağılaşır.
1. Adi şeyin halı. □ O, etiraz edərək məsələdə adilik olmadığını dedi.
2. Bəsitlik, sadəlik, bayağılıq. □ Onun idrak və intellekti adilik çərçivəsinə sığmır.
Ədalətlilik, ədalət. □ Adillik olan yerdə heç kim ədalətdən şübhə edə bilməz.
Uşağa ad verilməsi münasibətilə düzəldilmiş ziyafət. □ Adqoydu günü. Adqoydu mərasimi.
Bax: adqoydu.