Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

adaptasiya [adaptasiya] isim latın

1. Biologiya. Coğrafiya. Canlı orqanizmin quruluş və funksiya baxımından başqa şəraitə uyğunlaşması, yeni mühitə alışma. □ Canlı təbiətdə adaptasiya təzahürünün olması bioloqlara XVIII əsrdə məlum idi.

2. Hüquq. Mühacirlərin köç etdikləri ölkədə yerli qanunlara uyğunlaşmaları. □ Hüquqi adaptasiya.

Azərbaycan dilinin izahlı lüğəti

adapter [adapter] isim lat. adaptareuyğunlaşdıran

1. Elektrotexnika. Bir sistemdən başqa sistemə, bir formatdan başqa formata, qeyri-standartdan standarta keçməyi təmin edən elektromaqnit və ya mexaniki qurğu; uyğunlaşdırıcı kaset, qurğu və s. □ Adapter kaset.

2. Elektrotexnika. Hər hansı cihazı elektrik enerjisi ilə təmin etmək üçün onun şəbəkəyə qoşulmasını təmin edən qurğu. □ Telefon adapteri.

Azərbaycan dilinin izahlı lüğəti

addama [addama] isim

1. Bax: addamaq.

2. Dialekt. Çaydan, arxdan keçmək üçün düzəldilmiş keçid.

Azərbaycan dilinin izahlı lüğəti