1. Üsyanda iştirak edən, üsyan iştirakçısı. □ Gah bizim qoşun, gah da üsyançılar qalib gəlirdilər. (H.Nəzərli).
2. Məcazi mənada: haqsızlığa və ya bir şeyə dözməyib, öz narazılığını, hiddətini fəal surətdə bildirən adam; üsyankar. □ İndi mühitinə qarşı bir üsyançı ruhu vardı. (S.Hüseyn).
Azərbaycan dilinin izahlı lüğəti1. Klassik ədəbiyyatda aşiqlər mənasında işlənmişdir. □ Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar. (M.Füzuli)
2. Musiqi. Azərbaycan klassik muğamlarından birinin adı. □ Şair ... yerinə görə həm dərin məhəbbətdən, həm də insana zövq verən üşşaq muğamından danışır.
Azərbaycan dilinin izahlı lüğəti1. Canına üşütmə düşmək, bədənində soyuğun təsirini hiss etmək, soyuqdan titrəmək. □ O, soyuqdan üşüyürdü.
2. Məcazi mənada: donuşmaq, soyuqdan büzüşmək. □ Üfüqdən uzanmış şüalar altında parlayan körpə payız otları üşüyürmüş kimi titrəşirdi. (İ.Əfəndiyev).
Azərbaycan dilinin izahlı lüğəti