yaxşılıq etmək, xeyirxahlıq etmək; ~ ovsanaya düşmək.
saymaq, yaxın hesab etmək, hörmət etmək; ~ hörmət qoymaq.
“müxtəlif, fərqli məsələləri bir-birinə qarışdırmaq olmaz”, “hər şeyin öz yeri var” mənalarında işlədilən ifadə; ~ cin ayrı, şeytan ayrı, bığ ayrı, saqqal ayrı.
öz mövqeyinə, nüfuzuna həddindən artıq güvənib arxayınlaşan, hər şeyi taleyin ümidinə buraxan fəaliyyətsiz adam haqqında işlədilən ifadə.
taleyi, həyatı uğurlu olmaq; ~ bəxti gətirmək.
bax: ağ günə çıxmaq (çatmaq).
daha dözə bilməmək; ~ hövsələdən çıxmaq, səbri kəsilmək.
daha dözə bilməmək, səbri və hövsələsi tükənmək; ~ səbir kasası dolmaq (daşmaq).
dözmək, hövsələli olmaq; ~ hövsələsini basmaq, hirsini basmaq, hirsini boğmaq (cilovlamaq), özünü saxlamaq.
mane olmaq, maneə yaratmaq; ~ hasar çəkmək.
fəlakətə məruz qalmaq, bəla üz vermək, gözlənilmədən zərbə almaq;~ ziyan çəkmək (dəymək).
bax: sabahı dirigözlü açmaq.
ala-torandan, sübh tezdən; ~ tula tayadan düşməmiş, ala it tayadan düşməmiş.
bir şeyi unutmaq, daha onu xatırlamamaq.
müəyyən bir işi görmək üçün cavabsız qalan çağırışlar etmək; uğursuzluğu əvvəlcədən bilinən hərəkətlərə yol vermək.