uzun-uzadı danışmaq, uzunçuluq eləmək; ~ sözü çürütmək, sözün çürüyünü çıxartmaq.
düşüncələrini, hislərini açıq surətdə ifadə edə bilməmək, düşündüklərinin hamısını deyə bilməmək.
söhbəti başqa mövzuya yönəltmək, mövzunu dəyişdirmək; ~ söhbəti fırlatmaq.
1. İstəyini, fikrini yeritmək, öz mövqeyində təkid etmək. 2. Sözünü geri götürməyə, danmağa məcbur etmək.
xahişi, istəyi, arzusu, tələbi nəticəsiz qalmaq, qəbul olunmamaq, rədd edilmək; ~ sözünü yerə salmaq, əmri aşmamaq.
danışarkən eyni fikri dönə-dönə təkrarlamaq; ~ tutduğunu buraxmamaq, sözün çürüyünü çıxartmaq.
danışıq zamanı əsas məsələdən yayınmaq, bir fikri tamamlamadan başqasına keçmək; ~ haşiyə çıxmaq.
uzun-uzadı, boş-boş danışmaq; ~ sözü uzatmaq, sözün başına ip (çatı) salmaq, tutduğunu buraxmamaq.
səsləndirilmiş hər hansı fikirlə bağlı məsələni aydınlaşdırmaq, incələmək və həqiqətin üzə çıxmasına nail olmaq; ~ söhbətin axırına çıxmaq.
dediyinə qulaq asmamaq, əməl etməmək, yerinə yetirməmək.
verdiyi vədə əməl etməmək, dəbbələmək, dediyini etməmək; ~ söz verib arxasından qaçmaq, sözünü tutmamaq, tüpürdüyünü yalamaq, dəbbə çıxarmaq.
mülayim, yumşaq, mehribancasına danışmaq.
dediyinə əməl etmək, vədini yerinə yetirmək; ~ sözünün üstündə durmaq (dayanmaq), sözünün ağası olmaq, sözünün yiyəsi olmaq.
danışarkən etik qaydalara riayət etmək, danışığını bilmək; ~ sözünün yerini bilmək.
diqqətlə dinləmək.