münasib, uyğun saymamaq, layiq bilməmək.
səbəb olmaq, inkişaf etdirmək; irəlilətmək.
təsirləndirmək, duyğulandırmaq, heyran etmək.
bax: odla oynamaq.
məqsədinə çatmaq üçün əsl niyyətini gizlədərək özünü başqa cür göstərmək; ~ cildə girmək, cildini dəyişmək, dona girmək, dondan-dona girmək.
müəyyən bir məsələdə həddindən artıq canfəşanlıq göstərmək.
bədbinlik, ümidsizlik, depressiya.
ruhlandırmaq, ilhamlandırmaq; ~ nəfəs vermək.
dirçəlmək, canlanmaq, yaxşılaşmaq; ~ ruhu təzələnmək, rəngə-ruha gəlmək, cana gəlmək.
bədbinləşmək, həvəsi olmamaq; ~ əl-ayağı sustalmaq, əli boşalmaq, əli soyumaq, əl-ayağı soyumaq, əli işdən soyumaq, əlləri yanına düşmək, qol-qanadı qırılmaq, qol-qanadı sınıb yanına düşmək.
həvəsdən salmaq, marağını azaltmaq; ~ qol-qanadını qırmaq.
ölmək, vəfat etmək.
xəbəri olmamaq, heç bir ağrı hiss etməmək.
canlanmaq, bir şeydən şövqə gəlmək; ~ ruha gəlmək.
ürəyincə olmaq, bəyənmək; ~ xoşuna gəlmək, ürəyinə yatmaq.