çəkişmə, münaqişə, ikitirəlik yaratmaq, münasibətləri korlamaq; ~ ara qarışdırmaq, ədavət toxumu səpmək, dedi-qodu salmaq.
nimdaş, köhnə, qədim; ~ Nuh əyyamından qalma.
göstərmək, yönəltmək, istiqamətləndirmək.
vurulmaq, üstünə hücum etmək, sıradan çıxarmaq üçün əlverişli şərait yaranmaq.
təəccüb, heyrət içində qalıb danışa bilməmək; ~ dili bağlanmaq, dili qurumaq, nitqi tutulmaq, dili-ağzı tutulmaq, dil-dodağı kilidlənmək.
1. Danışıq qabiliyyətini itirmək.
2. Təəccüb, heyrət içində qalıb danışa bilməmək; ~ dili bağlanmaq, dili tutulmaq, dili qurumaq, nitqi qurumaq, dili-ağzı qurumaq (tutulmaq), dili ağzında dönməmək (çönməmək).
ürəyində tutduğu arzunun, istəyin gerçəkləşəcəyi təqdirdə müəyyən əməlləri (nəzir vermək, oruc tutmaq, qurban kəsmək və s.) icra edəcəyinə vəd vermək.
niyyətini, amalını açıq şəkildə ortaya qoymaq, bu amal uğrunda davamlı mübarizə aparmaq.
başqasının əlində oyuncaq olmaq, başqasının iradəsinə tabe olmaq, başqasının dediyi ilə oturub-durmaq.
özbaşına, sərbəst buraxmaq; boşamaq.
pis yoldan, pis əməldən qaytarmaq; ~ ipini çəkmək (yığmaq), həddini bildirmək (göstərmək), qarşısını almaq (kəsmək).
eybini, qüsurlarını demək; ~ irad tutmaq, mız qoymaq.
bitirmək, qurtarmaq, tamamlamaq; ~ son qoymaq.
xırda detallarına qədər, yerli-yataqlı, ətraflı.
yalan deyərək aldatmaq, müxtəlif əyri yollardan istifadə etmək; ~ hiylə gəlmək (işlətmək), doqquzluq gəlmək, kələk gəlmək.