baş vermiş cinayət əməli ilə bağlı təhqiqata başlamaq; ~ iş açmaq.
nizamı pozmaq; ~ problem çıxarmaq.
pislik etmək məqsədilə birisini şərləmək; ~ böhtan atmaq, söz çıxartmaq; birisinə tələ qurmaq, pisliyinə çalışmaq; ~ torbasını tikmək.
işə nəzarət etməyi tapşırmaq.
1. Cəza vermək; ~ iş kəsmək.
2. Kiminsə haqqında çuğulluq etmək, onun pisliyi üçün çalışmaq.
sözü, fikri üstüörtülü, eyhamla demək, bildirmək; ~ söz atmaq.
iş görmək istəməmək, imtina etmək və ya bunun üçün bəhanə gətirmək; ~ özünü işə verməmək, canını işə verməmək.
işi çox olmaq, macalı olmamaq; ~ göz aça bilməmək.
hər hansı səbəbdən işə getməmək; işini buraxmağa məcbur olmaq, heç bir iş görə bilməmək.
bax: əli işdən soyumaq.
məhkəmə prosesini aparmaq, araşdırmaq.
1. Çətinlik yaranmaq, çətinliklə üzləşmək; ~ başına qəza gəlmək, başını cəncələ salmaq, iş açmaq.
2. Hərəkətə başlamaq.
bir vəzifədə işə başlamaq, işləmək, çalışmaq, məşğul olmaq.
bir yerdə işləməsinə imkan yaratmaq, vəzifəyə qoymaq.
yararsız, lazımsız bir şeyi kiməsə sırımaq, xırıd eləmək.