bax: əli soyumaq.
istədiyinə nail olmamaq, cəhdi baş tutmamaq; ~ əli boşa çıxmaq, əli quru yerdə qalmaq.
vəzifəli, hörmətli və ya ağsaqqal şəxslərlə ünsiyyət yaratmaq, onlarla münasibətdə olmaq, onların nüfuz və imkanlarından bəhrələnmək.
işləməmək, veyillənmək, boş-boş gəzmək; ~ əlini ağdan-qaraya vurmamaq, əliboş gəzmək.
pul xərcləmək; ~ xərc çəkmək, xərcə düşmək.
xəsis, simic olmaq; ~ canından pul çıxmamaq, əli əsmək, dırnağından darı sızmaq.
bir şeydən çox sevinmək, şadlanmaq.
vaxtı, macalı olmamaq; kömək edə bilməmək.
bir şeydən məhrum olmaq, əlində saxlaya bilməmək; ~ aranda tutdan, dağda qurutdan olmaq, əli kəsilmək.
güzəranını yaxşılaşdırmaq, qazanc əldə etməyə başlamaq; ~ ayağa qalxmaq, bir yana çıxmaq.
pul qazana bilməmək, əli gətirməmək.
özündən asılı olmayaraq əli ilə xoşagəlməz hərəkət etmək; kimi isə nahaqdan vurmaq; nəyi isə icazəsiz götürmək və s.
köməksiz, dəstəksiz, tək qalmaq, çarəsiz hala düşmək.
oğlanla qızın yaxın münasibətdə olmamasını bildirən ifadə.
xəsislik etmək, simic olmaq, pul xərcləməmək; ~ əli cibinə getməmək.