kiminsə haqqında haqsız yerə söz-söhbət, mənfi rəy yaratmaq, iftira söyləmək; ~ şər atmaq.
hansısa işə başlamazdan əvvəl münasibət və davranışların çərçivəsini razılaşdırmaq, uzlaşmaq; ~ şərti şumda kəsmək, söz kəsmək.
sonradan mübahisə, anlaşılmazlıq olmaması üçün qabaqcadan razılığa gəlmək, bütün şərtləri müəyyənləşdirmək; ~ şərt kəsmək.
pərtliyini büruzə verməmək, qürurunu sındırmamaq, başqasının yanında alçalmamaq; ~ özünü sındırmamaq.
bax: şapalaqla üz qızartmaq.
məktəbini keçmək, təsiri ilə formalaşmaq.
imkanı, gücü çox olan birisinin uzun sükutdan sonra zəif və əhəmiyyətsiz bir şeylə ortaya çıxmasına münasibət bildirən ifadə.
cəsur, mərd və qorxmaz olmaq.
şənlənmək, feyzyab olmaq; ~ ləzzət almaq, zövq almaq.
əzab-əziyyətə qatlaşmaq, həddindən artıq çalışmaq; ~ canına cəfa basmaq.
dan. hər hansı işdə ifrata varmaq, artıq hərəkət etmək; ~ şitini çıxarmaq.
çox incitmək, davamlı əziyyət vermək, sərt cəzalandırmaq; ~ ətini şişə çəkmək, şişə taxmaq.
bax: şişə çəkmək.
hədsiz bayağı, yersiz görünmək; ~ həddini aşmaq, ifrata varmaq.
öz hərəkətlərinə sərhəd qoymamaq, hədd-hüdud bilməmək; ~ ağ eləmək, ağını çıxarmaq, ifrata varmaq, həddini aşmaq.