göründüyü kimi olmayan, ikiüzlü; ~ üstü bəzək, altı təzək.
bəslənilən ümidi, göstərilən etimadı doğrultmaq.
çox arıq olmaq, incəbelli olmaq.
bir işi yarıtmamaq; xəcalətli, gözükölgəli olmaq.
həyasız, utanmaz, ədəbsiz olmaq; ~ üzü dabbağda yuyulub, üzündə su olmamaq, üzü daşdan bərk olmaq, üzündə abır-həya olmamaq.
bax: üzündə abır olmamaq.
xoşxasiyyət, qılıqlı, səmimi, qısa zamanda rəğbət qazanıb özünü sevdirməyi bacaran adam haqqında işlədilən ifadə.
üzündən bəlli olmaq, büruzə vermək; üzünə baxan kimi nə hiss keçirdiyini duymaq, sezmək.
xahişini, sözünü yerə sala bilməmək.
rəngi saralmaq.
mülayim, imanlı, xeyirxah və xoşsifətli olmaq, alicənablılığı üzündən bəlli olmaq.
bax: sifətindən zəhrimar yağmaq (tökülmək).
kobud cavab vermək, etiraz etmək; nankorluq etmək, tabe olmamaq; ~ söz qaytarmaq, cavab qaytarmaq, üzünə qabarmaq, üzünə bozarmaq, üzünə qayıtmaq, sözünü çevirmək.
bərk utanmaq, hər hansı səbəbdən xəcalət çəkmək; ~ xəcalətdən yerə girmək, yerə girmək, yer yarılsa, yerə girərdi.