çox qaşqabaqlı, acıqlı, qaraqabaq, üzügülməz adam haqqında işlədilən ifadə.
səliqəsiz, pinti, yaraşıqsız geyinmək; ~ licimi axmaq.
çox pinti, səliqəsiz geyinmək, cır-cındır geyinmək; ~ cındırından cin ürkmək.
bilinmək, aşkarlanmaq; ~ üzə çıxmaq, zibili çıxmaq, səsi çıxmaq.
görünüşcə gözəl, keyfiyyətcə pis bir şey haqqında işlədilən ifadə; ~ üzü şeyx, astarı kafir.
qarşıya çıxan qüvvəni dəf etmək, məğlub etmək.
yüksək dəyərləndirmək, qiymətləndirmək.
1. Nəzarət etmək, qorumaq; ~ göz-qulaq olmaq.
2. İsrarlı olmaq (fikrində, sözündə, mövqeyində və s.), təkid etmək.
hədsiz qayğı göstərmək, bərk-bərk qorumaq; ~ ikiəlli tutmaq, üfürə-üfürə saxlamaq.
bax: göz-qulaq olmaq.
bax: oturduğu budağı baltalamaq (kəsmək).
öhdəsindəki ağır işdən, iztirabdan, qayğıdan qurtarmaq, rahatlanmaq; ~ rahat nəfəs almaq, çiynindən dağ götürülmək.
birdəfəlik unutmaq, olub-keçənləri bir daha yad etməmək, yox etmək; kiminsə xidmətlərini danmaq; ~ üstündən qələm çəkmək.
bax: üstünü vurmamaq.
bax: üstündən xətt çəkmək.